Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə-BAŞLADI…

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

Təlimlər aprelin 8-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Doğum günündə Şəhid Teymur Həsənovun məzarı-ZİYARƏT EDİLDİ…- FOTOLAR

Read Next

“Vaxt yetişib-dünyada sözünü keçirəcək birlik-Türk birliyi nümayiş etdirməliyik”-MİLLƏT VƏKİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir