Bacardıq, bacarmışıq, bacarırıq və bacaracağıq!-ELDAR İBRAHİMOV ALİ BAŞ KOMANDANI TƏBRİK ETDİ

Azərbaycan sürətli, dinamik inkişaf dövrünü yaşayır və yaşamaqdadır.

Heç şübhəsiz ki, bu inkişafın təməli də Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, Azərbaycanı bir dövlət, bir xalq kimi Yer üzündən silinmək təhlükəsindən xilas etməsindən sonra qoyuldu.

Ümummilli Liderimizin 1993-cü ilin ağır, həyacanlı günlərində Azərbaycan xalqının təkidli tələbi nəticəsində ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın sabitlik, inkişaf və tərəqqi mərhələsinə qədəm basıldı.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında hakimiyyətə gəlişi ilə Azərbaycan öz inkişafının ikinci mərhələsini, intibah dövrünü yaşamağa başladı.

Son 18 ilin hər günü, hər anı, hər saatı uğurlarla, nailiyyətlərlə, müvəffəqiyyətlərlə müşahidə olundu, yaddaşlarda qaldı.

Uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər bir-birini əvəzlədi.

Əsası “Əsrin müqaviləsi” ilə qoyulan Bakı-Tbilisi-Ceyhan, Bak-Tbilisi-Ərzurum layihələri tam mənada reallaşdırıldı, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas oyunçularından, əsas aktorlarından birinə çevrildi.

Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi transmilli layihələr həyata vəsiqə aldı, reallığa çevrildi, gerçəkləşdirildi, yeni, 21-ci əsrin müqaviləsi imzalandı, tarixə həkk olundu.

2004-cü ilin əvvəllərindən başlayaraq, ölkənin regionlarıınn sosial-iqtisadi inkişafı ilə bağlı dalbadal 4 dəfə Dövlət Proqramı qəbul edildi, icraya yönəldildi və onun müsbət, uğurlu nəticələri də göz önündədir.

Qısa bir zamanda Azərbaycan regionlarının siması büsbütün dəyişdi, gözəlləşdi, rayonlarla iri şəhərlər, paytaxt Bakı arasında önəmli fərqlər aradan qaldırıldı.

Yenidən rayonlara, bölgələrə geriyə dönüş, qayıdış başladı.

Kənd təsərrüfatının, aqrar sektorun inkişafı istiqamətində böyük addımlar atıldı, bu sektordakı tənəzzül aradan qaldırıldı.

Azərbaycan insanının, Azərbaycan vətəndaşının maddi-rifah halı, sosial güzəranı gündən-günə yaxşılaşmağa başladı, yoxsulluq həddi demək olar ki, minimuma endirildi.

Eyni zamanda, ümummilli dərdimiz olan Qarabağ münaqişəsinin həlli istiqamətində, xüsusilə, ordu quruculuğunda çox mühüm işlər görüldü.

Azərbaycan Ordusu qısa bir zaman kəsiyində dünyanın 50 ən güclü orduya malik  ölkəsi sırasında yer aldı.

Məhz bunun nəticəsi idi ki, Azərbaycan Ordusu 2016-cı ilin dördgünlük Aprel döyüşlərində düşmənə, təcavüzkar və işğalçı Ermənistana sözün əsl mənasında dərs keçdi, “güclü erməni ordusu” mifi darmadağın etdi.

Bunun üstündən cəmi iki il keçəndən sonra, 2018-ci ilin yayında Azərbaycan Ordusu bu dəfə Naxçıvan istiqmətində düşmənə böyük, sarsıdıcı vurdu, tarixi Cünnüt əməliyyatı ilə düşməni çox əhəmiyyətli, strateji mövqelərdən, yüksəkliklərdən geri çəkilməyə məcbur etdi.

Aprel döyüşlərində Dastan yazan Azərbaycan ordusu Cünnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi.

Bir daha göstərdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək.

İstər Aprel döyüşləri, istərsə də Cünnüt əməliyyatı Azərbaycan xalqının Qələbə, Zəfərə olan inamını yüksəltdi, gücləndirdi, möhkəmləndirdi.

Azərbaycan xalqı bir daha öz Ordusu, öz dövləti, öz Lideri ətrafında daha sıx və monolit şəkildə birləşdi.

Azərbaycan dövlətinin gücü, inkişaf səviyyəsi 2020-ci ilin əvvəllərindən dünyanı cənginə alan koronavirus pandemiyasının yayılması ilə bir daha özünü göstərdi.

Dünyanın ən nəhəng, ən güclü dövlətləri belə koronavirus pandemiyası qarşısında aciz qaldığı halda, Azərbaycan dövlət başçımız İlham Əliyevin rəhbərliyi və uzaqgörən, müdrik siyasəti ilə daha bir Tarix yazdı.

Koronavirus pandemyasının zərərli təsirlərinə qarşı çox mühüm önləyici addımlar atıldı, Koronavirsusla Mübarizəyə Dəstək Fondu yaradıldı, 5 milyondan artıq insanı əhatə edən sosial paketlər icraya yönəldildi.

Bununla yanaşı, Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına, 30-dan çox dövlətə maddi yardımlar etdi, daha bir nümunə yaratdı.

Bəli, “gizli düşmən”lə mübarizədə qətiyyətli addımları ilə seçilən və uğurlar qazanan Azərbaycan açıq düşmənlə, mənfur qonşularımızla, işğalçı və təcavüzkar Ermənistanla mübarizədə də həm siyasi, həm diplomatik cəhətdən böyük qələbələr, zəfərlət əldə etdi.

Valday Diskussiya Klubunun Soçi Sammitində, Aşqabadda MDB dövlət başçılarının Zirvə görüşündə, Minxen Təhlükəsizlik Konfransında Ermənistana dalbadal sarsıdıcı və ölümcül siyasi-diplomatik zərbələr vuruldu, Ermənistan seytnot vəziyyətinə salındı, onun faşist və terror dövləti mahiyyəti ifşa edildi.

2020 ilin iyulunda Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində baş verənlər, Ermənistanın növbəti qanlı fitnəkarlığı və təxribatı da cavabsız qalmadı.

Tovuz hadisələrində Şəhidlər versək də, Ermənistana, düşmənə çox böyük sarsıdıcı zərbələr vuruldu.

Düşmən bir daha qarşısında Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Azərbaycan Ordusunun, dövlət başçısının əzmini, dəmir iradəsini, qətiyyətini gördü.

Siyasi-diplomatik zərbələrin dalınca Ermənistana savaş meydanında sarsıdıcı zərbələr endirildi.

İyul-Tovuz hadisələri növbəti dəfə Azərbaycan xalqının, Azərbaycan dövlətinin Qələbəyə olan inamını yüksəltdi və Qarabağa qovuşmağın an məsələsi olduğunu ortaya qoydu.

2020-ci ilin 27 sentyabr tarixində düşmən dövlətin növbəti qanlı əməli isə Azərbaycan xalqının, Azərbaycan dövlətinin səbr kasasını birdəfəlik daşdırdı.

Səhər saatlarından etibarən Ali Baş Komandanın “Vur, döyüş!” əmri ilə rəşadətli Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına, İkinci Qarabağ Savaşına başladı.

Ali Baş Komandanın rəhbəri olduğu rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə 30 illik qanlı Qarabağ münaqişəsinə son qoydu, Ermənistanı qarşısında diz çokdürdü, kapitulyasiya aktına imza atmağa, 10 noyabr bəyanatını imzalamağa, öz məğlubiyyətini öz dili ilə  etiraf etməyə məcbur etdi.

Düşmən üzərində tarixi Qələbə və Zəfər əldi edildi.

Nə münaqişə qaldı, nə cəbhə-təmas xətti qaldı, nə də status məsələsi qaldı, hamısı cəhənnəmə göndərildi, gorbagor edildi.

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanm dövləti və xalqı məğlub dövlət və məğlub xalqdan Qalib dövlət və Qalib xalq çevrildi.

Dağlı-aranlı Qarabağ və Vahid Azərbaycan olduq.

Bütün dünya, düşməni açıq və gizli şəkildə dəstəkləyənlər, onu növbəti işğala təhrik edənlər belə bizim gücümüz, əzmimiz, Qələbəmiz qarşısında geri çəkildi, Zəfərimizi qəbul və etiraf etməyə məcbur oldu.

Bizik artıq Qarabağın əsl sahibi, əsl yiyəsi.

Qarabağ bizim idi, bizim də oldu!

Artıq kimsə onu bizdən ala, ayıra, qopara bilməz.

Bu, mümkün deyil və mümkün olmayacaq.

İmkan vermədik, imkan vermərik, imkan verməyəcəyik!

Tarixi və müqəddəs Qələbə və Zəfərdən sonra Qarabağın yenidən bərpası, dirçəldilməsi, cənnət məkanına çevirilməsi işlərinə, “Böyük qayıdış”a start verildi.

Qələbə və Zəfərimizdən cəmi günlər sonra Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizə tarixi və sayını-hesabını itirdiyimiz səfərləri başladı.

Hər bir səfər də düşmən üzərində daha bir Qələbə və Zəfər oldu.

Düşmənə hər mənada gözdağı verildi, tarixi açılışlar, təməlatmalar yaşandı.

Hər daim bizim yanımızda olan, öz dəstəyini heç zaman əsirgəməyən qardaş və dost Türkiyənin və onun dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə çox mühüm addımlar atıldı, tarixi Şuşa-Müttəfiqlik Bəyannməsi imzalandı.

Bununla bir daha dünyaya dostluq və qardaşlığımızın, birlik və bərabərliyimizin sarsılmazlığı mesajı verildi.

Bir daha mesaj verildi ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı sarsılmzadır, dönməzdir, əbədidir, daimidir.

Bəli, biz artıq Qalib dövlət, Qalib millətik.

Və bir Qalib dövlət, Qalib millət olaraq, bundan sonra da növbəti Qələbə və Zəfərlərə imza atacağıq.

Bacardıq, bacarmışıq, bacarırıq və bacaracağıq!

***

Yeri gəlmişkən, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin doğum günüdür.

Bu əlamətdar gün münasibəti ilə Onu təbrik edir, Azərbaycan naminə fədakar fəaliyyətində dövlət başçımıza növbəti uğurlar, müvəffəqiyyətlər arzulayıram.

Cənab Prezident tarixə həm Qurucu, İslahatçı Prezident kimi, həm də Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi düşdü.

Bütün uğurlarımızla yanaşı, tarixi Qələbə və Zəfərimizə görə də Müzəffər Ali Baş Komandandımıza minnətdarıq.

Allah Sizi qorusun, cənab Prezident, xalqının Qalib Sərkərdəsi!

Allah Sizi qorusun ki, Siz də Azərbaycanı, dövlətimizi, xalqımızı qoruyun!

Öz iradənizlə, öz əzmininzlə, öz qətiyyətinizlə, öz cəsarətinizlə, öz dəmir iradənizlə!

Bir daha Sizi təbrik edir, bir daha Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram!

Doğum gününüz bir daha mübarək olsun!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri,  professor

Etikxeber.az    

Read Previous

Daha 648 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Read Next

XİN azad olunmuş ərazilərin adlarının təhrif edilməsi ilə bağlı “Google” şirkətinə-MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir