Bağdadinin “Qafqaz əmiri” ləqəbli köməkçisi öldürüldü

İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin əsas köməkçilərindən biri Mosul yaxınlığında öldürülüb.

Etikxeber.az xəbər verir ki, İraqın Al Sumaria telekanalının məlumatına görə, “Qafqaz əmiri” ləqəbli Hasibullah əl-Qafqazi Mosulun qərbində yerləşən Tall-Afar rayonundakı evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Sui-qəsddən sonra İŞİD qruplaşması ümumi səfərbərlik elan edib və yaşayış məhəllələrində qatilləri axtarır.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralın 19-da isə İraq ordusu qərbi Mosula hücuma keçib.

Aprel ayının əvvəlində İraqın hökumət qüvvələrinin nümayəndəsi əl-Bağdadinin Mosulda mühasirədə ola biləcəyini deyib.

Etikxeber.az

Read Previous

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də olacaq

Read Next

Yaxın həftələrdə Azərbaycanın Belarusda birinci ticarət evi yaradılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir