“Bakı-2017”: Qadın həndbolçularımız yarışın ikinci gününü də qələbə ilə başa vurdu – FOTO

Mayın 10-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilərin mübarizəsində “A” qrupunda yer alan Əlcəzair yığma komandası Pakistan millisinə asanlıqla qalib gəlib – 47:24. Bu qrupun digər oyununda Səudiyyə Ərəbistanı kollektivi həndbolçularımızdan üstün olub – 38:31.

“B” qrupunda yer alan Türkiyə və İraq yığmalarının qarşılaşması isə gərgin idman mübarizəsi ilə yadda qalıb. Maraqlı görüşün sonunda sevinən tərəf türkiyəli həndbolçular olublar – 35:33. Qrupun digər oyununda isə Mərakeş millisi İordaniya yığmasını 27:16 hesabı ilə məğlubiyyətə uğradıb.

Kişi həndbolçularımızdan fərqli olaraq, qadın idmançılarımız ikinci görüşü də qələbə ilə başa vurublar. Həndbolçu qızlarımız Özbəkistan millisini böyük fərqlə – 47:21 hesabı ilə məğlub ediblər.

Kamerun-Türkiyə matçında isə qardaş ölkənin həndbolçuları cüzi üstünlüklə – 33:31 hesabı ilə qalib gələrək növbəti qələbələrini rəsmiləşdiriblər.

Etikxeber.az

Read Previous

İslam Oyunlarının açılış və bağlanış günü üçün nəqliyyat əməliyyatları test olundu – FOTO

Read Next

Qənirə Paşayeva Heydər Əliyevdən yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir