Bakı-Sumqayıt-Bakı qatarları bundan sonra Biləcəri və Xırdalanda da dayanacaq.
Bu barədə Etikxeber.az-a “Azərbaycan Dəmir Yolları” ASC mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki, 19 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Qatarların hərəkət cədvəli barədə sərnişinlərə əlavə məlumat veriləcək.
Etikxeber.az