Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (MQTİB) təşəbbüsü ilə Bakıdakı 100 məktəbdə “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulub. Layihənin icrasına Bakı şəhərindəki 100 nömrəli tam orta məktəbdən başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Etikxeber.az-a bildirilib ki, “Milli Qəhrəmanlar” guşəsinin açılış mərasimində Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək keçdikləri şərəfli döyüş yolundan danışıb, gənclərə tövsiyələrini veriblər.
Şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.
Daha sonra MQTİB tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdlərinə fəxri fərmanlar, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanova “General Əliağa Şıxlınski” yubiley medalı təqdim olunub.
Etikxeber.az