Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Başqa bir ölkəni işğal edən diktator dünya çapında bədəl ödəyər.
Etikxeber.az-ın TRT Haber-ə istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Co Bayden deyib.
O, bildirib ki, Putin addımlarında çox yanılıb.
“Putin yanıldı… O, Qərb və NATO-nun Ukraynaya qarşı hücumlara səssiz qalacağını, qarşılıq verməyəcəyini düşündü…Ancaq xəyal edə bilməyəcəyi bir güc divarı ilə qarşılaşdı….Başqa bir ölkəni işğal edən diktator dünya çapında bədəl ödəyər…Odur ki, Putin bədəl ödəyəcək…”-deyə, Bayden bildirib.
Onun sözlərinə görə, hər gün Rusiya iqtisadiyyatı sarsılır və bunun günahkarı Putindir.
Bayden eyni zamanda “Silahlı qüvvələrimiz, güclərimiz Ukraynada Rusiya silahlı qüvvələri ilə çatışmadı və çatışmayacaq”–deyə, sözlərinə əlavə edib.
Etikxeber.az