Bayden Varşavada Ukrayna rəsmiləri ilə görüşdü-GÖRÜŞDƏN AZ SONRA RUSİYA LVOVU VURDU, YARALILARIN SAYI AÇIQLANDI… – YENİLƏNİB – (2)

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.

Etikxeber.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.

“Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız – dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük. Bu xüsusi “2+2″ formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir”-deyə, Kuleba bildirib.

***

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada eyni zamanda ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Varşavada baş tutan görüşdə Co Bayden Ukrayna müdafiə naziri Oleksiy Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın hərbi müdaxiləsini və hərbi yardım məsələlərini müzakirə edib.

Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə Varşavada keçirilən danışıqların uğurla başa çatdığını deyib.

“Blinken Ukraynanın hərbi, humanitar və iqtisadi tələbatının təmin ediləcəyini söz verib”-deyə, nazir vurğulayıb.

Kuleba Prezdent Co Baydenin ukraynalıların mübarizəsindən heyran olduğunu və Ukraynada baş verənlərin XXI əsri dəyişəcəyini söylədiyini əlavə edib.

***

Bu görüşlərdən az sonra isə işğalçı Rusiya ordusu raket zərbələri ilə Polşa sərhəddində və cəbhə xəttindən uzaqda yerləşən strateji Lvov şəhərindəki obyektlərdən-neft bazalarından birini vurub və nəticədə də partlayışlar baş verib.

Partlayışlar nəticəsində şəhərin üzərini “qara buludlar” örtüb.

Ölən və yaralananların olub-olmadığı haqqında hələlik məlumat verilmir.

19:45

***

Lvovun raket zərbələrinə məruz qalması nəticəsində yaralananların olduğu bildirilir.

TRT Haber-in xəbərinə görə, yaralıların sayı 5-ə çatıb.

Etikxeber.az

Read Previous

41 yeni yoluxma-4 ÖLÜM…

Read Next

“Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin tərksilah olunması vacibdir və bizə heç bir dövlət, heç bir beynəlxalq təşkilat mane olmamalıdır”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir