Beynindən 7 sm uzunluğunda qəlpə çıxarılan, qolundan yaralanan-BƏDƏNİNDƏ 79 QƏLPƏ GƏZDİRƏN QAZİMİZ – HACI MURADOV… – KAMİL HƏMZƏOĞLU YAZIR

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız…

İkinci Vətən Müharibəsinin iştirakçısı, Qazisi, Zəfərimizi yazan oğlullardan biri…

Hacı Əli oglu Muradov…

Hacı Azərbaycanımızın dilbər guşələrindən olan-saf, təmiz, istiqanlı insanlar məskəni Balakən rayonunun Qazma kəndindəndir…

1989-cu ildə Qazma kəndində anadan olan 31 yaşlı Hacı ixtisasca tarix müəllimidir…

Amma…O, öz ixtisası üzrə deyil, hərbçi kimi fəaliyyət göstərməyə, Vətənin keşiyində dayanmağa üstünlük verib…

O, n saylı h/h həmlə qrupunda olub…

44 günlük İkinci Vətən Müharibəsi başlayan ilk gündan, ilk dəqiqələrdən isə döyüşlərə atılıb…

Sentyabrın 27-dən Göygöl rayonu tərəfdən Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib…

İgid, Qorxmaz və Cəsur igidimiz oktyabrın 1-də başından yaralansa da, inadından dönməyib, o vəziyyətdə yenə də döyüsə davam edib…

Ancaq cəmi bir gün sonra, okyabrın 2-də yenidən ağır yaralınıb, qolundan snayper gülləsi alıb…

Və döyüçşü, hərbçi yoldaşları onu döyüş bölgəsindən çıxarıb və hospitala yerləşdiriblər…

İlkin cərrahi əməliyyat zamanı igidimizin beynindən (başından) 7 sm uzunluğunda qəlpə çıxarılıb, özü də beyin sümüyü kəsilərək…

Bununla yanaşı, bədənində 79 qəlpə var, hələ də qalır…

Çünki sinirlərin üstündə olduğu üçün çıxarılması təhlükə törədər deyə çıxarılmayıb, əməliyyat edilməyib…

İki gözəl övlad-qız atası olan İgidimiz, Qazimiz hazırda ev şəraitində müalicə-müayinəsini davam etdirir…

Hacının digər hərbçi-mayor qardaşı da İkinci Vətən Müharibəsinin Qəhrəmanlarındandır…

Bir neçə gün öncə də Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub…

Hacı həm də mənim yaxın dostum, qardaş dediyim-Balakənin dəyərli övladlarından olan Anarın yeznəsidir…

Düzünü desəm, Hacının İkinci Vətən Müharibəsində iştirak etməsindən, yaralanmasından da xeyli gec xəbər tutdum və buna görə də özümü xeyli qınadım…Və Anara da üzrxahlığımı, təəssüfümü bildiridim…

Allah özü kömək olsun-Qazimizə, İgidimizə, Aslan parçasına…

Böyük Yaradan tezliklə sağlığına, sağlamlığına, ailəsinə qovuşdursun-Balakənimizin, mənim üçün çox doğma olan Balakənimin İgid, Mərd balasını…

Dualarımız səninlədir, Hacı!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 3705 yeni yoluxma-DAHA 42 ÖLÜM…

Read Next

“Qısa müddətdə nasos stansiyalarının fəaliyyəti bərpa edildi ki, bu da 30-dan çox kəndin su təchizatının həlli deməkdir”-DEPUTATDAN MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir