Bir oğlu Şəhid olmuş, digər oğlu və həyat yoldaşı avtoqəzada faciəli şəkildə həyatını itirmiş-TƏRLAN ANANIN, TƏRLAN XƏLİLOVANIN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… VƏ YA ŞƏHİD-MİLLİ QƏHRƏMAN ELDAR XƏLİLOVUN ADI 271 SAYLI ORTA MƏKTƏBƏ VERİLƏCƏKMİ? – FOTOLAR

Eldar Xəlil oğlu Xəlilov…

Cəmi 19 yaşlı Şəhid-Milli Qəhrəman…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Qeyd edim ki, Eldar Xəlilov 1976-cı ilin avqust ayının 19-da indiki Ermənistanın-Qərbi Azərbaycanın Masis rayonunun Zəngilər kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…

12 yaşına kimi doğma yurdlarında yaşayıb, məktəbə gedib…

1988-ci ildə erməni cinayətkarları və erməni separatçıları tərəfindən ortaya atılan Qarabağ fitnəkarlığı ilə bağlı dədə-baba yurdlarından digərgin salınıblar ailəlikcə…

Erməni qaniçənləri tərəfindən evləri gözləri qarşısında ov vurulub yandırılıb…

Əvvəlcə anaları Tərlan xanımın yurduna-Naxçıvan Muxtar Respublikasına (NMR), sonra isə Bakı şəhərinə, indiki Bakıxanov qəsəbəsinə pənah gətiriblər…

Bakıxanov qəsəbəsində yerləşən 252 və 96 saylı orta məktəblərdə təhsilini davam etdirib…

18 yaşının tamamından sonra, 1994-cü ilin payızında həqiqi hərbi xidmətə yollanıb, Prezident Qvardiyasında-Milli Qvardiyada xidmət keçib…

Və 1995-ci ilin mart ayında məlum dövlət çevrilişinə cəhdin qarşısının alınmasında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Cəmi 19 yaşlı Vətən sevdalısı Eldar Xəlilov İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən az sonra, 1995-ci ilin aprelində mərhum dövlət başçısı Heydər Əliyevin Sərəncamı ilə Milli Qəhrəman fəxri adına layiq görülüb…

BakıxanovZabrat qəsəbələrində adına küçə verilib…

Eldar həm də subay olub…

***

Bu gün-15 mart 2024-cü il tarixində, günorta saatlarında Şəhidimizin doğmaları, bir oğlunu Şəhid vermiş, bir oğlunu isə həyat yoldaşı ilə birlikdə faciəli şəkildə itirmiş Tərlan Ana, Tərlan Xəlilova ilə Şəhidin qardaşının Yeni Ramana qəsəbəsindəki ocağında bir araya gəldim…

Şəhidimizin doğmalarını, Tərlan Ananı ziyarət etdim…

Elə bu yerdə qeyd edim ki, Eldarın böyük qardaşı, cəmi 42 yaşlı, iki oğlan atası Heydər Xəlilov və ataları Xəlil Xəlilov 2016-cı ilin qışında avtoqəza nəticəsində-faciləli şəkildə dünyalarını dəyişiblər…

İkisinin də nəşi Bakıxanov qəsəbə qəbiristanlığında dəfn olunub…

1995-ci ildən oğul itkisi, oğul dərdi yaşayan Xəlilovlar ailəsinin, Tərlan Ananın 11 il sonra yenidən dərdi, acısı üzərinə daha ağır dərd, daha böyük acı gəlib…

Şəhid Anası Tərlan Ana həm ikinci-böyük oğlunu və həm də 66 yaşlı həyat yoldaşını itirib…

Sözün bitdiyi yer yenə…

***

Ziyarət zamanı Şəhidimizin doğmalarına-Dərdli, Yaralı, həm də Məğrur-72 yaşlı Tərlan Anaya, həm əmisinin ad və soyadını daşıyan Eldar Xəlilova, həm də Heydər Xəlilovun xanımına Allahdan səbr və dözüm arzuladım…

“Həm Şəhidimizin, həm də digər övladınızın və həyat yoldaşınızın məkanları cənnətliik, ruhları şad olsun!”-dedim…

Ruhları qarşısında baş əydiyimi dilə gətirdim…

Həm Tərlan Ana, həm də Eldar Xəlilovla bir saata yaxın söhbətləşdim, dərdləşdim…

Onlara təsəlli, təskinlik verməyə çalışdım…

Tərlan Ananın, sadəcə, bir arzusu və bir xahişi var…

O, övladının adının Bakıxanovda yerləşən 271 saylı tam orta məktəbə verilməsini istəyir və xahiş edir…

Bununla bağlı səlahiyyətli qurum və şəxslərlə görüşsə də, ilkin razılıq alsa da, məsələ hələ də reallaşmamış qalır…

Bu isə Tərlan Ananı üzür, incidir…

Odur ki, aidiyyatı qurumlar artıq bu məsələni müsbət həll etməli və Şəhid-Milli Qəhrəmanın adının 271 saylı orta məktəbə verilməsini reallaşdırmalıdır…

Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, həm də hər iki oğlunu itirmiş Şəhid anasına təskinlik, təsəlli, mənəvi dəstək verilmiş olar.

Məqamı Uca, dərgahı mübarək olsun, Şəhidimizin-iki gün sonra Anım Günü olan Eldar Xəlilovun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“UNDP humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə əməkdaşlığa hazırdır”-BMT RƏSMİSİ – FOTO

Read Next

“Yenidən sağlamlığıma qovuşacağıma, ayaqlarım üstündə dayanacağıma çox ümidliyəm…Bir an olsun belə ümidi itirməmişəm…”-ON İLİN XÜSUSİ TƏYİNATLISI, GİZİR, 7 MEDALLI, İKİ ÖVLAD ATASI, BİRİNCİ QRUP MÜHARİBƏ ƏLİLİ, QAZİ ƏZİM QAFAROV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir