Bir övladı Vətənə əmanət qalan-ŞƏHİD XALİD HASSANIN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: ONUN 27 YAŞI TAMAM OLUR… -FOTOLAR

Bu gün Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xalid Hassanın doğum günüdür.

Xalid Hassanın bu gün 27 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, 1995-ci ilin yanvar ayının 26-da dünyaya gələn Xalid Hassan ailədə iki iki övlad, iki qardaş olublar.

O, İkinci Vətən Müharibəsində könüllü olaraq, iştirak edib.

Və 25 yaşında, müharibənin sonlarına yaxın Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi 7 noyabr tarixində Ağdam-Quzanlı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Xalid Hassanın bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb.

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün saat 10:00 radələrində Şəhidin Quzanlı-Ağdam Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin anası Maya xanım, qardaşı, yaxınları, Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Şəhidin adına ehsan çay süfrəsi açılacaq.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Anarın adına layiq olmağa çalışacağıq…”-Atası və dayısı Şəhid olan-ANARA ANAR QIZI NAĞIYEVANIN AD GÜNÜ İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Məktəbdən oğurluq etdi VƏ SAXLANILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir