“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik”-ABŞ DÖVLƏT DEPARTAMENTİ

Amerika Birləşmiş Ştatları (ABŞ) bu gün səhər saatlarında Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir.

Etikxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını dəstəkləyirik. Bu gün həlak olan şəxsin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. İstənilən ölkədə diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı hər hansı hücum qəbuledilməzdir.

Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq İrandakı xarici diplomatları qorumaq barədə məsuliyyətini xatırladırıq”-deyə, bəyanatda bildirilib.

Etikxeber.az

Read Previous

“Əli Kərim yaradıcılığı, şeiriyyatı ölümə ölüm deməkdir”-MM-İN MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu-PİSLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir