Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ prezidenti Baydenin heç bir gerçək tarixə və hüquqa söykənmədən 1915-ci il olaylarını “erməni soyqırımı” adlandırması qəbuledilməzdir.
Saxta bir tarixə bu cür yanaşmanın heç cür hüquqi nəticələri ola bilməz və olmayacaq.
Bayden tərəfindən 1915-ci il olaylarının “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik anlamında olmaqla, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında olmasına sübutdur.
Saxta “erməni soyqırımı” da, demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi ABŞ və digər ermənipərəst ölkələrin başqa ölkələr üçün təzyiq aləti olduğunu sübut etdi.
Prezidentimiz möhtərəm cənəb İlham Əliyevin Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir.

Türkiyə rəsmilərinin, Prezident-hörmətli Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, Osmanlı arxivini açmaları və ortaq tarix komisiyası yaradılması təklifini irəli sürməsinə baxmayaraq, heç bir ölkədən cavab olmayıb.
29 il bundan baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırım kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi tibb dilində desək retroqrad amneziyadan adlanır.
ABŞ-da və saxta soyqırımı tanıyanlar digər ölkələr öz tarixlərinə yaxşı-yaxşı baxsalar, çox yaxşı olar.
Heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz.
Bu Birliyin gücü keçən il 44 günlük Vətən müharibəsində qazandığımız ZƏFƏRlə dünyaya nümayiş olundu.
Biz birlikdə güclüyük.
Biz bizə yetərik!
Məlahət İBRAHİMQIZI,
Millət vəkili
Etikxeber.az