“Biz özümüzə sual verməliyik ki, 65 yaşı çatıb pensiyaya çıxan müəllim o fənni yaxşı tədris edər, yoxsa qeyri-ixtisas sahibi?”-MUSA QASIMLI

Bəzi məktəblərdə çalışmanın son yaş həddinə çatmış müəllimlər pensiyaya çıxanda onların fənlərini qeyri-ixtisas sahibləri tədris edir.

Etikxeber.az məlumat verir ki, bunu millət vəkili Musa Qasımlı parlamentin Elm və təhsil komitəsinin iclasında deyib.

Millət vəkili “Biz özümüzə sual verməliyik-65 yaşı çatıb pensiyaya çıxan müəllim o fənni yaxşı tədris edər, yoxsa qeyri-ixtisas sahibi? Hesab edirəm ki, onların müqavilələrinin müddətinin artırılmasında fayda var. Təbii ki, həmin yerə yeni kadrlar gələndə, müqavilənin müddəti dayandırıla bilər”-deyə, əlavə edib.

Etikxeber.az

Read Previous

“Nişanlı idi, toyu olacaqdı…Amma Vətənini hər şeydən üstün tutdu, könüllü şəkildə müharibəyə getdi…”-NAXÇIVANLI, KƏNGƏRLİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, DÖRD MEDAL VƏ BİR ORDENLİ ÜLVİ HABİL OĞLU CƏFƏROVUN ANASI CAVAN CƏFƏROVA – FOTOLAR

Read Next

İlham Əliyev Sercio Mattarellaya-BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir