“Bu cür vəhşiliyi, barbarlığı yalnız mənfur erməni və terror dövləti olan faşist Ermənistan törədə bilər…Ancaq heç nəyə nail ola, bizim Haqq savaşımızdan, Zəfər yürüşümüzdən döndərə bilməyəcəklər…”-ELDƏNİZ SƏLİMOVDAN “KAR, KOR, LAL” DÜNYA BİRLİYİNƏ, BEYNƏLXALQ QURUMLARA SƏRT İTTİHAM…

Terrorçu, nasist, faşist, rasist Ermənistan və murdar, terrorçu, xəstə xislətli ermənilər yenidən öz rəzil, kirli iç üzlərini göstərdilər. Yenidən soyqırımı, terrakt, insanlıq əleyhinə cinayət, qandonduran insanlıq dramı törətdilər. Cəmi bir həftə öncə Gəncədə qanlı qətliam törədən, vandalizmə, barbarizmə əl atan terrorçu dövlət və onun qanlı havadarları gecə saatlarında yenidən ikinci baş şəhərimizi, dünya sivilizasiyasının beşiklərindən olan Gəncəni raket atəşinə, zərbəsinə tutdular, mülki, dinc insanları-körpələri, qadınları, qocaları qətlə yetirdilər, evləri, küçələri dağıntıya, xarabazara çevirdilər. Artıq terrakt, vandalizm qurbanlarının, həlak olanların sayı 13-ə çatıb, artma ehtimalı da var, 50-dən çox insanımız isə yaralanıb, ağır xəsarətlər alıb… Sadəcə, sözün bitdiy yer…

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, terrorçu ermənilər, terror dövləti Ermənistan bir daha göstərdi, nümayiş etdirdi ki, heç zaman dəyişməyib, bundan sonra da dəyişməyəcək, dəyişəsi deyil.

“Terrorizm, nasizm, vandalizm, barbarizm bunların qanına hopub, onlar ancaq və ancaq qan axıtmaq, qəddarlıq, cinayət üçün vardırlar, mövcuddurlar.Bu cür və bunun kimi qətliamları, vəhşilikləri, barbarlıqları yalnız ermənilər və Ermənistan törədə bilər…Onlarda insanlığın zərrəsi belə qalmayıb və yoxdur. Ancaq istər mənfur ermənilər, istər faşist Ermənistan, istərsə də onların qanlı havadarları, bu bölgəni qan çanağına çevirmək, “bulanıq suda balıq tutmaq” istəyənlər yaxşı bilsinlər, qulaqlarına sırğa etsinlər ki, heç nəyə nail ola bilməyəcəklər, necə ki, bu günə kimi, nail ola bilməyiblər. Azərbaycanı, Azərbaycan xalqını, Azərbaycan dövlətini, müzəffər Azərbaycan Ordusunu öz yolundan, Haqq savaşından döndərmək mümkün olmayacaq.

Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu öz sözünü hərb meydanında, cəbhədə deyib, deyir və deyəcək. Qarabağın, digər işğal altında inləyən ərazilərimizin son qarışı azad edilənədək, Haqq savaşı, Zəfər yürüşü davam edəcək, Qarabağımızda, Azərbaycanın bütün ərazilərində üçrəngli, ay-ulduzlu bayrağımız ucaldılacaq, dalğalandırılacaq. Necə ki, Talışda, Suqovuşanda, Cəbrayılda, Hadrutda-Ağoğlanda, işğaldan azad olunan digər kəndlərimizdə ucaldılır, dalğalandırılır.

Bu yerdə üzümü hələ də özünü karlığıa, korluğa, lallığa vuran, bununla da erməni terrorizminə, vandalizminə şərik olan dünya birliyinə, beynəlxalq təşkilatlara, ATƏT-ə, Minsk qrupuna, həmsədrlərə, ikili, üçlü oyun oynayan bəzi müsəlman dövlətlərinə tutub demək istəyirəm ki, artıq oyunlarınızı bitirin, kirli oyunlarınıza son qoyun, susmayın, səssiz qalmayın, Haqqın, haqlının, Ədalətin, ədalətlinin yanında yer alın. Ali Baş Komandanımızın da dediyi kimi, indi həqiqət anıdır. Bizimlə, Haqqla olanları da unutmuruq, unutmayacağıq, Haqsızla, ədalətsizlə birgə yürüyənləri də heç zaman yaddan çıxarmayacağıq, unutmayacağıq.

Azərbaycan öz gücü, öz yenilməz, sarsılmaz qüdrəti, öz sadiq və əsl dostları, müttəfiqləri ilə nəhayət, Zəfər, əbədi Qələbə qazanacaq. Buna tam əmin ola bilərsiniz. Qaşaltı, Tərtər, Gəncə qətliamları bizi alçaq və şərəfsiz düşmənə qarşı daha barışmaz edir və edəcək, yıxılmadıq, yıxılmayacağıq, yenmədik, yenilməyəcəyik, sınmadıq, sınmayacağıq. Həlak olanlara, terror qurbanlarına Allahdan rəhmət diləyir, yaralılarımıza çox tezliklə şəfa azulayıram. Bu qan yerdə qalmayacaq. Qələbə bizimdir, Qələbə bizimlə olacaq, Qarabağ bizimdir, Qarabağ bizim olacaq!“-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Paşinyanın Gəncədə mülki şəxsləri necə gəldi, öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan-AZAD EDİLDİ – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir