“Bu, elə onlar üzərində də zəfər və üstünlük idi…”-MİLLƏT VƏKİLİ “ƏSRİN MÜQAVİLƏSİ”NİN 27 İLLİYİNDƏN YAZDI

Düz 27 il bundan öncə imzalanan “Əsrin müqaviləsi” təkcə Avrasiyanın enerji xəritəsini dəyişmədi, Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaqla Azərbaycanın və digər türk dövlətlərinin müstəqillik potensialını böyük ölçüdə artırmadı, o gün həm də işğalçı Ermənistan üçün geriyə sayım başladı.

Biz tam əminliklə deyə bilərik ki, “Əsrin müqaviləsi” olmasaydı, 44 günlük savaş zamanı Azərbaycan Ordusunun sərgilədiyi hərbi- texniki üstünlük də mümkün deyildi.

Və orasını da deyək ki, o günlər Azərbaycan işğalçıya ötürülən 7 ədəd S-300, “Тоr-М2КМ” zenit raket, “Avtobaza-M” radiotexniki kəşfiyyat komplekslərini və tərifi göyə qaldırılan digər hərbi texnikalarını göyə sovurmaqla onu hər cür silah-sursatla təhciz edənləri heç də Ermənistandan az sarsıtmadı.

Bu, elə onlar üzərində də zəfər və üstünlük idi. Azərbaycana atılan “İsgəndər-M” raketlərinin Paşinyanın təbirincə desək, cəmisi 10 faiz effektliliyin də arxasında duran sirr də bizim onu zərərsizləşdirən Hava Hücumundan Müdafiə Sistemimizin olmasaydı.

Yəni, bu savaşda Azərbaycan ordusu göstərdi ki, necə əsgərlərimiz düşməninkilərdən qat-qat cəsur idisə, eləcə də hərbi mütəxəssislərimiz onlardan və onlara dəstək verənlərdən bir o qədər artıq peşəkar, texnikamız isə üstün idi.

Bir daha vurğulayıram ki, bu üstünlüyün himni məhz 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”, dahi Heydər Əliyevin işləyib-hazırladığı neft-qaz strategiyasıyla qoyuldu.

Bu anlaşmanın nəyə aparıb çıxaracağını bilmələri səbəbindən idi ki, həmən gün təkcə Ermənistan deyil, o vaxt da, bu gün də acıq və gizli dəstək aldığl iki böyük dövlət də müqavilədə onlara da müəyyən pay ayrılmasına baxmayaraq eynən 44 günlük savaşda olduğu kimi özlərini ölüsü ölmüş kimi aparırdılar.

Ona görə də bu gün neftçilərimizlə yanaşı hamımızın bayramıdır, əziz Şuşa başda olmaqla işğaldan qurtulan torpaqlarımızın bayramıdır, bayramımız qutlu olsun!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Evin-ailənin tək oğlu, iki medallı-ŞƏHİD RƏŞİD HƏMİDOVUN 22 YAŞI TAMAM OLDU – MƏZARI ZİYARƏT EDİLDİ, CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Onun bu təqdirəlayiq geniş fəaliyyəti Azərbaycan cəmiyyətində dərin rəğbət və məhəbbət doğurur…”-SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir