Bu günə olan valyuta məzənnələrini açıqlanıb

 

Azərbaycan Mərkəzi Bankı (AMB) 18 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Etikxeber.az-a verilən məlumata görə, oktyabrın 18-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 17-si ilə müqayisədə dəyişməyərək 1,5969 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,28% möhkəmlənərək 1,7592 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 17-si ilə müqayisədə 0,4% möhkəmlənərək 0,0254 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,1% möhkəmlənərək 0,5163 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9525 manatdır. Beləliklə, funt sterlinq 0,55%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,13% ucuzlaşaraq 0,6738 manat təşkil edib.
Etikxeber.az

Read Previous

Ermənistan Qarabağ münaqişənin həllində maraqlı deyil – NOVRUZ MƏMMƏDOV

Read Next

Yardımlı ilə Lerikə də qar düşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir