Bu gün 24 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ CAVİDAN İBRAHİMLİ…

Əslən Şəmkirli, özü isə Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəi Şəhidlərindən olan Cavidan Nizami oğlu İbrahimlinin doğum günüdür.

Cavidan İbrahimlinin bu gün 24 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Cavidan İbrahimli 2000-ci ilin martın 24-də Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gəlib…

Ailənin üç oğlan övladından biri olub…

Qardaşları hazırda subaydır…

2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub…

Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunan Cavidan həmin ayın 27-dən İkinci Vətən Müharibəsinə qatılıb…

Cəbrayılın, Füzulinin  Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabr ayının 21-də qəhrəmancasına Şəhid olub…

Və nəşi 4 gün sonra, oktyabrın 25-də Səbail rayonunun Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Eyni zamanda, övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli Cavidanın qırxına yaxın dünyasını dəyişib…

Badamdar qəsəbəsində adını daşıyan küçə var…

Cavidan da subay olub…

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 24 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışdı, Rusiya xalqına-BAŞSAĞLIĞI VERDİ

Read Next

“Mən özümü qəhrəman hesab etmirəm”-KROKUSDA YÜZDƏN ÇOX İNSANI ÖLÜMDƏN QURTARAN 15 YAŞLI MƏKTƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir