“Bu gün Azərbaycan özünün Vətən Müharibəsinin möhtəşəm qələbə addımlarını atır…”-ƏMİNƏ AĞAZADƏ

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.

Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan.

Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.

Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.

1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.

İkinci tarixi imkan bir də 70 il sonra yarandı.

Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.

Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Bu gün Azərbaycan dövləti, onun Ali Baş Komandanı, şanlı Azərbaycan əsgəri özünün zəfər tarixini yenidən yazır.

Bu gün Azərbaycan özünün Vətən Müharibəsinin möhtəşəm qələbə addımlarını atır.

Ulu babalarımızdan tarixi yaddaşımıza, ruhumuza keçən müstəqillik arzusu, azadlıq yanğısı, öz torpağını yağı düşmənin tapdağı altında qoymayacağı andı vətən övladını hər gün qələbəyə səsləyir, onun bu müqəddəs missiyasında həlledici rol oynayır.

Müstəqillik, azadlıq bu millətin tarixi qisməti, üzun illər boyunca rəşadətli övladlarının yolunda can qoyduğu müqəddəs bir amaldır.

Bu yol dönməzdir, bu yol əbədidir!

Yaşasın müstəqil Azərbaycan, yaşasın əbədiyaşar Azərbaycan xalqı!

Əminə AĞAZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı-QALDIRILDI…

Read Next

Məktəblər, uşaq bağçaları, metro işləmir…-BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir