Bu gün İkinci Vətən Müharibəsi Şəhidi Ərəstun Xıdırov və 16 noyabr 2021-ci il Şəhidi Elmin Əlizadənin-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

İkinci Vətən Müharibəsi Şəhidi-Bərdəli Ərəstun Arif oğlu Xıdırov və 16 noyabr 2021-ci il tarixində Vətən yolunda canını fəda edən 7 Şəhiddən biri- Mingəçevirli (əslən Ağdamlı) Elmin Samir oğlu Əlizadənin doğum günüdür.

Bu gün Ərəstun Xıdırovun 26 yaşı, Elmin Əlizadənin 21 yaşı tamam olur.

Ərəstun Xıdırovun Cənnətdəki dördüncü, Elmin Əlizadənin isə Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Laçınlı MAXE Ərəstun Xıdırov 1998-ci ilin mart ayının 18-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

İkinci Vətən Müharibəsindən cəmi  bir ay öncə MAXE kimi fəaliyyətə başlayıb.

Və İkinci Qarabağ Savaşı zamanı Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib.

Oktyabrın 16-da nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ailəsi, valideyinləri isə övladlarının həm də ordenlə təltif olunmasını istəyirlər.

Şəhidin dayısı da Şəhiddir, o, Birinci Vətən Müharibəsi zamanı Şəhidlik məqamına ucalıb.

Ərəstun həm də subay olub.

***

Cəmi 8 ayın Əsgəri olan Elmin Samir oğlu Əlizadə isə 2003-cü ilin mart ayının 18-də anadan olub.

Əslən Ağdamlı olan Elmin Mingəçevir şəhərində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu olub.

2021-ci ilin noyabr ayının 16-da Ermənistanın növbəti təxribatı nəticəsində Laçın istiqamətində baş vermiş döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra cəmi bir medalla-“Vətən uğrunda” medalı ilə təltif olunub.

Valideynləri isə övladlarının həm digər medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.

Elmin də subay olub.

***

Qeyd edək ki, bu gün Elmin Əlizadənin Mingəçevir Şəhidlər Xiyabanı, Ərəstun Xıdırovun isə Bərdə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, qısa çıxışlar olunacaq.

Şəhidlərin məzarlarını ziyarətdən sonra Mingəçevir və Bərdədə məclis düzənlənəcək, adlarına ehsan süfrələri açılacaq.

Hər iki Şəhidin məkanları cənnətlik, ruhları şad, məqamları Uca, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan və Azərbaycan uzun illərdən sonra dayanıqlı və davamlı sülhə nail olmaq üçün fürsət əldə ediblər…”-NATO BAŞ KATİBİ – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Ailənin üç oğlan övladından biri, Mingəçevirli antiterror Şəhidi-CAVİD ƏLİYEVİN 20 YAŞININ TAMAMINDA, CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNACAQ, MƏCLİS DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir