“Bu, hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır” – DEPUTAT ƏFVDƏN DANIŞDI

“Ölkə Prezidenti cənab İlham Əliyevin bir neçə saat öncə imzaladığı növbəti əfv sərəncamını çox yüksək qiymətləndirirəm. Həmin sərəncamla böyük bir qrup məhbusun əfv edilməsi, azad olunması çox müsbət addımdır və bu, hər kəs tərəfindən alqışlanmalı, təqdir olunmalıdır”.
Etikxeber.az-ın məlumatına görə, bunu mətbuata  açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
“Hesab edirəm ki, bu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və  indiki ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən humanizm və insanpərvərlik siyasətinin növbəti bariz nümunəsi, təzahürü, əyani sübutudur”- deyən millət vəkilinin sözlərinə görə,  bu günə kimi də ölkə Prezidenti tərəfindən dəfələrlə əfv sərəncamları verilib və vaxtı ilə qanuna, hüquqazidd əməllərə yol verdiklərinə görə azadlıqdan məhrum edilən onlarla, yüzlərlə şəxs bu humanist siyasət, əfv sərəncamları nəticəsində yenidən azadlıqlarına, ailələrinə qovuşub, cəmiyyətə inteqrasiya olunaraq, öz fəaliyyətlərini davam etdiriblər.
“Bu siyasətin davamı olaraq da, bu gün daha böyük bir qrup məhbus əfv edilərək, yenidən öz azadlığına, ailəsinə qovuşdu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti və xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyev necə ədalətli, necə mərhəmətli və necə humanist insandır. Bir dəfə də qeyd etmişəm və  yenə də təkrarən qeyd etmək istəyirəm ki, əfv etmək, bağışlamaq böyük və müdrik insanlara,  əsl dövlət xadimlərinə xas olan yüksək keyfiyyətlərdir. Bizim dövlətin başçısı da əfv etməyi, bağışlamağı bacaran məhz həmin müdrik və aqil dövlət adamlarındandır. Bugünkü növbəti əfv sərəncamı ilə də ölkə Prezidenti bunu bir daha sübut etdi. İnanıram ki, bugünkü əfv sərəncamı ilə əfv edilərək azadlığına, ailəsinə qovuşan insanlarımız da bu addımı məhz bu cür dəyərləndirəcək və bir daha səhvə, xətaya yol verməyəcəklər“-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Dəfnə çayı qarın piylərini əridir?

Read Next

“Sevinc Fədaiyə baş çəkdik, özünə heç cür gələ bilmir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir