“Bu, kampaniya xarakteri daşımır, bu, ardıcıldır” – TAHİR RZAYEV

Maddi kapitalın insan kapitalına çevrilməsi prinsipi 3 gün ərzində  parlamentin plenar iclasında birinci oxunuşda müzakirədən keçirilən 2020-ci ilin büdcə layihəsində də aydın əks olunub.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Tahir Rzayev deyib.

O, qeyd edib ki, büdcə layihəsinin müzakirəsində səsləndirilən fikirlər, faktlar bunu deməyə bir daha əsas verir.

“Büdcə sosialyönümlüdür və bilavasitə insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Çünki bu il büdcə xərclərinin 39,5 faizi bilavasitə sosial məsələləri əhatə edir.

Büdcədə elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, idmana ayrılan vəsaitlərin artırılması göstərir ki, əvvəlki illərdə olduğu kimi, yenə də insan amili dövlət siyasətinin əsasıdır və vətəndaşların firavan yaşaması və bu yaşayışın təmin olunması dövlətin əsas qayğılarındandır.

Əlbəttə ki, ölkə rəhbəri İlham Əliyev sosial sahədə həyata keçirdiyi mühüm tədbirlər bir kampaniya xarakteri daşımır, bu, ardıcıldır və daimi olaraq diqqət mərkəzində saxlanılır.

İqtisadi inkişafımızla əlaqədar olaraq bütün məsələlər müzakirə olunur, imkanlar araşdırılır və düşünülmüş qaydada sosial məsələlər həyata keçirilir.

Sosial paketə daxil olan və qəbul edilən bir çox məsələlər, pensiyaların, müavinətlərin, yardımların, əmək haqlarının, təqaüdlərin artırılması, eləcə də birdəfəlik yardımların verilməsi, qaçqın və köçkünlərə, əlillərə, veteranlara imkanların yaradılması, onlar üçün evlərin tikilməsi, maşınların verilməsi bunun əyani nümunəsidir.

Büdcə, yenə də deyirəm, sosialyönümlüdür və bu, Azərbaycan vətəndaşının sosial rifah-halının yaxşılaşdırılmasına yönəldilib…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Zorakılığın qurbanı olanlar bəzən gedəcək yer tapa bilmir…” – DEPUTAT

Read Next

“Gələcəyimiz parlaq olacaq…” – PREZİDENT – YENİLƏNİB – (1) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir