“Bu kimi təxribatların gələcəkdə də başvermə ehtimalları az deyil”-DEPUTATDAN KƏSKİN ETİRAZ

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması dini məsələlərin nə qədər həssas olduğunu və bir sıra dairələr tərəfindən dindən siyasi məqsədlərlə istifadənin günümüzün reallığı olduğunu göstərir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Bildirib ki, üzərində İslamın rəmzinin də olduğu bayrağımıza hörmətsiz münasibət, həm də ölkəmizə olan kinin və düşmənçiliyin göstəricisidir.

“Bu, eyni zamanda, bir sıra dairələrin Azərbaycanla bağlı məkrli planlarının növbəti təzahürüdür. Bu kimi təxribatların gələcəkdə də başvermə ehtimalları az deyil. Ona görə həm daxildə, həm xaricdə bu istiqamətdə davamlı privintiv tədbirlərin peşəkar şəkildə həyata keçirilməsinə ciddi ehtiyac var. Əks halda dindən siyasi məqsədlərlə və siyasi təzyiq vasitəsi kimi istifadə cəhdləri davamlı xarakter alacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənistan tərəfindən müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir”-PREZİDENT BLİNKENLƏ TELEFON SÖHBƏTİNDƏ BELƏ DEDİ

Read Next

Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir