Bu, mediaya unikal yanaşmadır.. – ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

 

Azərbaycan mediaya diqqət məsələsində  də dünyaya nümunə, örnək sayıla bilər 

Jurnalist olmaq hər zaman çətin peşə olub, bu gün də çətindir, amma maraqlı, məsuliyyətli və şərəfli bir peşədir. 

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O, qeyd edib ki, zamanın tələblərinə uyğunlaşmaq, həqiqəti üzə çıxarmaq, cəmiyyəti məlumatlandırmaq, peşəkar olmaq, iti zehnə və yaddaşa sahib olmaq – bunlar sizlərin sahib olduğu xüsusiyyətlərin yalnız bir hissəsidir.

“Arzu edirəm ki, hər bir Azərbaycan jurnalistinin ürəyində olan arzu çin olsun: Cıdır düzündən canlı yayıma çıxasınız, Xankəndindən reportaj hazırlasınız! Qələminiz iti olsun, klaviaturanız yumşaq olsun, ekranınız böyük olsun!”-deyə, o, sözlərinə əlavə edib.

 

Millət vəkili Əli Məsimli də öncə Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edib.

matbuat-1

mirkisili tahir

ali-masimli

jala

eldeniz-eldeniz

“Əvvəla, media mənsublarına ölkəmizdə və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində, plüralizmin təmin olunması sahəsində yerinə yetirdikləri missiyasında Azərbaycanın təhükəsizliyi, müstəqilliyinə real məzmun verilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, mədəni irsimizin təbliğində, dünyaya tanıdılmasında, demokratik və hüquqi dövlət quruculuğu,sosial-iqtisadi tərəqqimizin sürətlənməsi naminə analitik təhlil və faydalı təkliflər vermək qabiliyyətinə malik mütəxəssislərin, işıqlı insanların ideyalarını cəmiyytə çatdırmaqda, eləcə də, mövcud problemlərin işıqlandırılmasında, nadanlıqlara, haqsızlıqlara, özbaşınalıqlara, acgözlüklərə, gerizəkalığa, insanları üzən, yoran, ruhdan salan naqisliklərə,cəmiyyəti deqradasiyasına hesablanmış məkrli planlara qarşı mübarizə yolunda şərəfli və məsuliyyətli peşənizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!
Mənə çox xoşdur ki, mətbuat işçiləri arasında obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi sərgiləməyi bacaran, şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyətli dostlarım var. Uzun illərdir ki, media mənsubları, mətbuat işçıləri ilə daim ədəb-ərkan,qarşılıqlı hörmət və ehtirama əsaslanan yaradıcı əməkdaşlığımızın artan xətlə davam etməsindən məmnunluq hissi keçirirəm…”
-deyə, millət vəkili əlavə edib.

 

Digər millət vəkili, professor Jalə Əliyeva öz növbəsində qeyd edib ki, müstəqil Azərbaycanımızın qurucusu və banisi Ümummilli lider Heydər Əliyevin  2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi  1993-cü ildən başlanan  inkişaf yolumuzda  mətbuata göstərdiyi diqqət və qayğıya verilən dəyərdir.

Onun sözlərinə görə, son 15 ildə  isə mərhum Heydər Əliyevin siyasətinin  ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  digər sahələr kimi, müstəqil mətbuatın inkişafında da  aydın görünür.  Deputat bildirib ki, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi və s. kimi addımlar deyilənlərə əyani sübutdur:

“Bu baxımdan bu günlərdə cənab İlham Əliyevin  ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim.  Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür. Ümumiyyətlə, yaranmasından keçən  9 ildən artıq dövrdə  uğurlu fəaliyyəti ilə müstəqil mətbuatın inkişafına öz töhfələrini verən KİVDF möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq  fəaliyyət göstərir.  Fondun həyata keçirdiyi layihələr, fərdi yazı müsabiqələri  jurnalistlərin  yaradıcılıq imkanlarının, məsuliyyət hissinin  və peşəkarlığının artmasına dəstəkdir.   Dövlətimizin  başçısı cənab  İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində  qeyd etdiyi kimi,   peşəkarlıq artdıqca, jurnalistikada  reket məsələləri də  aradan qaldırılacaq: “Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan  başqa məqamlar da aradan  qaldırılacaqdır.  Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır”.  Ölkə Prezidenti,  eyni zamanda, bu məqamı da xüsusi vurğulayır ki, KİV-lərə  dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir…”.

J. Əliyeva eyni zamanda xatırladıb ki, milli mətbuatın 130, 135 və 140  illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə Əməkdar jurnalist fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri  və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir:

“Bu əsas məqamı da qeyd edək ki,  ölkə prezidentinin sərəncamına uyğun olaraq 2006-cı ildə qəzetlərin Azərbaycan nəşriyyatına  olan 450 min ABŞ dolları məbləgində borcu dövlət büdcəsi hesabına ödənilmişdi. Məhz bu kimi davamlı  addımlar dövlətimizin başçısı cənab İlham Əliyevin son 15 ildə 3 dəfə “Jurnalistlərin  dostu” mükafatına layiq görülməsini şərtləndirib.  “Jurnalistlərin dostu” olmaq mənim üçün böyük şərəfdir”- söyləyən cənab  İlham Əliyev bu əminliyi də ifadə edir ki,   bundan sonra da  Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq. Təsadüfi deyil ki, ölkə prezidentinin üçüncü dəfə layiq görüldüyü “Jurnalistlərin dostu” mükafatı ötən il  Milli Mətbuat Günündə  jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində təqdim olunmuşdu. Bu yerdə bir məqama da diqqəti cəlb etmək istərdim: dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ildə  jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan sərəncamı  ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu addım  müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığını, jurnalist əməyinə yüksək dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin paylanması mərasimi  2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin ildə növbəti ikinci binanın tikintisi ilə bağlı sərəncam imzalandı.  Addımların davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının  genişliyinə də işıq saldı. Bu baxımdan ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqinin rolunu önə çəkən dövlətimiz mövcud imkanlara söykənərək bütün sahələrdə uğurlu nəticələrə yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina istifadəyə verildi və  Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında üçüncü sərəncamın imzalanması media nümayəndələrinin bayram sevincini daha da artırdı. Mənzil bölgüsündə diqqəti çəkən əsas məqam siyasi mənsubiyyətindən və  əqidəsindən asılı olmayaraq bütün jurnalistlərə bu sevincdən payın düşməsidir. Möhtərəm Prezidentimiz  jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirmişdi ki, bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Onun sözlərinə görə,  müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. “Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır…”– deyən dövlət başçısı bununla bir daha söz və mətbat azadlığına, Azərbaycan jurnalistləri və jurnalistikasına nə qədər böyük önəm, diqqət yetirildiyini nümayiş etdirdi. Yəni, bunlar fəxrlə söyləməyə imkan verir ki, digər sahələrə olduğu kimi, mediaya da dövlət diqqətinin və qayğısının analoqu yoxdur. Azərbaycanda bu məsələdə də dünyaya örnək və nümunə sayıla bilər”.

Millət vəkili Eldəniz Səlimov da həmkarları kimi, Azərbaycanda mediaya, söz və mətbuat azadlığının təminatına diqqət və qayğının analoqsuz olduğunu vurğulayıb:

“Azərbaycan mediası, söz və mətbuat azadlığı hər zaman dövlətimizin, dövlət rəhbərliyimizin xüsusi diqqət və qayğısı əhatəsində olub. Hər zaman dövlətimiz, mərhum liderimiz Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən mətbuata, media mənsublarına hərtərəfli diqqət və qayğı göstərilib. Dünyanın ikinci bir ölkəsi tapılmaz ki, bizdəki qədər – dövlət və dövlət rəhbərliyi səviyyəsində  mətbuata, kütləvi informasiya vasitələri və onların əməkdaşlarına xüsusi həssaslıq və qayğıkeşliklə yanaşılsın. Bu, unikal bir hadisə və yanaşmadır…”

Kamil  HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mikroavtobusa silahlı hücum: 11 ÖLÜ

Read Next

Ağdamsız 25 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir