Büdcədə əmək haqqının payı çox aşağıdır – ƏLİ MƏSİMLİ

Azərbaycanda təkcə büdcədən ayrılan vəsait hesabına Ümumi Daxili Məhsulu (ÜDM) 3 faizə qədər artırmaq olar. Necə olur ki, o qədər vəsait ayrılır, ancaq ÜDM-in 2 faiz artırılması proqnozlaşdırılır ? Deməli, vəsaitdən səmərəli şəkildə istifadə olunmur. Bunu başqa cür izah etmək mümkün deyil. Ona görə də hesab edirəm ki, bu istiqamətdə monitorinqlər aparılmalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu  deputat Əli Məsimli Milli Məclisin  (MM) komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında deyib.

Deputat bildirib ki, Azərbaycan büdcəsi və iqtisadiyyatın  sosial blokla yetərincə əlaqəsi yoxdur:

“Büdcədə artımlar var. Ancaq necə olur ki, Cənubi Qafqazın iqtisadiyyatın 3-də 2-ni təşkil edən Azərbaycanda minimum əmək haqqı başqalarından aşağıdır. Bu, heç bir məntiqə sığan bir şey deyil. Bu, Hesablama Palatasının rəyində də öz əksini tapıb. Azərbaycan vətəndaşlarının gəlirlərinin strukturu analiz olunmalıdır. Çünki büdcədə əmək haqqının payı çox aşağıdır. Neçə ildir ki, Azərbaycanda infilyasiyanın artım tempi əhalinin gəlirlərini üstələyir. İndiyə qədər əmək haqqının artımı inflyasiyanı kompensassiya etməyib. Bununla bağlı ciddi analizlər aparılmalıdır. Büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması istiqamətində gözə görünən, nəzərə çarpan addımlar atılsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək – SAHİL BABAYEV

Read Next

Düz baxaq ki, düz də görək – ELDAR İBRAHİMOVDAN TƏPKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir