“Bunlar nəyə lazımdır?” deyənlərə fikir verməməli, hədəflərimizə doğru getməliyik” – KAMİLƏ ƏLİYEVA – MİLLƏT VƏKİLLƏRİ ƏRDOĞANIN OĞLU İLƏ BİR ARADA – FOTOLAR

İlk Milli Yaylaq Festivalı üstündən illər keçəcək, amma yaddaşlardan silinməyəcək. Bu Festival öz möhtəşəmliyi və ecazkarlığı ilə hələ çox uzun illər hafizələrdə qalacaq, yaşayacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, Festivalın iştirakçılarından olan Kamilə Əliyeva deyib.

kamila-102

kamila-101

kamila-100

kamila-103

Millət vəkili iyulun 26-dan 28-dək davam edən festivalın Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirildiyini xatırladaraq, onun əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin nümayiş etdirilməsindən ibarət olduğunu diqqət çatdırıb.

Həmçinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu sözlərinə əlavə edib.

Məkan kimi Gədəbəy rayonunun təsadüfən seçilmədiyini, bu bölgənin öz təbiətinə, gözəlliyinə, milli adət-ənənələrlə, təbii sərvətlərlə zənginliyinə görə Azərbaycanın, eləcə də, dünyanın unikal bölgələrindən olduğunu deyən millət vəkili Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Festivala təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxslərinin, dövlət və hökumət rəsmilərinin, diplomatların, 16 ölkədən nümayəndələrin, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın, eləcə də yerli və xarici turistlər qatıldığını xatırladıb.

Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması da bu festivalın gələcəyindən, perspektivindən xəbər verir.

“Bu gün sabitlik adası olan multikultural Azərbaycan ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən, müdrik sitasəti ilə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkəmiz dünyanın milli-dini tolerantlıq mərkəzi, siyasi, iqtisadi, mədəni, humanitar, hərbi dialoq məkanıdır. Ölkəmizdə bir təbdir başa çatar-çatmaz dünya və regional miqyaslı digər bir nüfuzlu tədbir öz işinə start verir. Elə bu günlərdə paytaxt Bakımızda keçirilən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalını qeyd etmək olar. Bir həftə ərzində keçirilən tədbirə Azərbaycan növbəti dəfə layiqincə və uğurla ev sahibliyi etdi. Azərbaycan bu Festivalı möhtəşəm şəkildə reallaşdırmaqla daha bir zəfərinə, uğuruna imza etdi. Azərbaycanımız, paytaxtımız Bakı, onun gözəlliyi, inkişafımız bir daha dünyaya nümayiş olundu, hər kəs hər şeyi olduğu kimi gördü.

Odur ki, həqiqətlərimizin, reallıqlarımızın olduğu kimi dünyaya nümayiş etdirilməsi üçün şanslardan, fürsətlərdən, imkanlardan maksimum dərəcədə yararlanmalıyıq. Heç bir şansı, fürsəti əldən qaçırmamalıyıq, ağız, dodaq büzənlərə, kinayəli, istehzalı danışanlara, “bunlar axı, nəyə lazımdır, bu qədər vəsaitlər niyə belə şeylərə xərclənir?” deyənlərə fikir verməməliyik, öz yolumuzla sapmadan, büdrəmədən öz hədəflərimizə doğru getməliyik, Azərbaycanımızın zəfərlərinə zəfərlər qatmalıyıq. Bu baxımdan, Milli Yaylaq Festivalının da təşkil edilməsi vaxtında, zamanında atılan və yerində olan bir addımdır. Bunun özü də təbliğat üçün bir şans, fürsətdir.

Necə deyərlər, Milli Yaylaq Festivalının təşkil olunması Azərbaycanın, dövlətimizin öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala respublikamızdan, o cümlədən qonşu ölkələrdən çox dəyərli qonaqlar təşrif buyurması da bu tədbirin təkcə Gədəbəyin deyil, Azərbaycanın gözəlliklərini, onun diyarlarını, təbiətini nümayiş etdirmək üçün – dediyim kimi, bir fürsət oldu. Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qaldılar və gələcəkdə bu regionun daimi qonaqlarına çevriləcəklər. Bu festival, həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərdi. Milli Yaylaq Festivalı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü və nümayişi oldu.  Bu baxımdan hesab edirəm ki,  Milli Yaylaq Festivalı  davamlı və növbəti illərdə daha da möhtəşəm olacaq”.

Millət vəkili eyni zamanda, bəzi tədbir iştirakçılarının, o cümlədən, millət vəkili həmkarlarının B. Ərdoğanla bir araya gəldiyini, onunla fikir mübadiləsi apardığını və bunun hər iki tərəfdə xoş duyğular yaratdığını vurğulayıb:

“Bir sözlə, bu Festivalda iştirakımdan çox razı, çox məmnun qaldım. İtirmədim, əksinə, qazandım. Gələcəkdə də, növbəti illərdə də bu Festivalının iştirakçısı olmağa çalışacağam”.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Bir gündə 6 nəfər batdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir