“Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabahdan açılacaq

Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan “Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabahdan açılacaq.

Bu barədə Etikxeber.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol təxminən 2 həftəlik bağlansa da, işlər tez yekunlaşıb. “Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək” – deyə, qurum rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 7-dən etibarən “Cəfər Cabbarlı” stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Təmir-bərpa işlərinin təxminən iki həftə davam etməsi planlaşdırılır. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər “Cəfər Cabbarlı” stansiyasının ikinci yolundan istifadə etməli idilər.

Etikxeber.az

Read Previous

Fazil Məmmədov parlamentə niyə gəlib?

Read Next

Müsadirə olunmuş 473 kiloqramdan çox narkotika məhv edilib – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir