CƏMİ 15 KVADRATMETRLİK “EV” VƏ… – Aytən Məmmədova Şəhid Cəmil Məmmədlidən yazdı

…Mətbəxi də, yatağı da, hamamı da hamısı 15 kvadraın içində…

Mənim Şəhidim baxın bu evdə böyüyüb, oxuyub, Universitetə daxil olub, əsgər gedib.

Və ŞƏHİD OLUB.

Oğlunun şəhid xəbəri gələndə ,Aygün ana əvvəl donub qalıb.

İnanmayıb…Həmin an bu fikri özündən uzaqlaşdırmağa çalışıb.

Amma…Amma bu, bir reallıq idi.

Faciə onun qapısını döymüşdü. Balasının tabutunu bu darısqal daxmaya girməyəcəyini bilib , İsmayıllıdakı köhnə uçuq baba ocağında qarşılamaq üçün durub sakitcə əşyalarını yığıb…

Bir neçə saniyə sonra isə o darısqal otaqda yeri göyü inlədən nalə çəkib ….Üç gündən sonra tibb işçiləri ayağındakı yaralara yapışmış corabları çıxarda bilməyiblərmiş…Hər nalə çəkib fəryad etdikcə, gözünün qabağına TƏK OĞLU CƏMİLİ əziyyətlə, yoxluqla böyütdüyü günləri…kirayələrdə əlindən tutub məktəbə apardığını, dərsdən gələndə ,,nə verəcəm balama yeməyə?

-Köynəyini alanda “şalvarını çantasını necə alacam?” dediyi günlər gözünün qabağına gəldikcə özüdə bilmədən əzab verib özünə…Zülümlə özünü oda közə vurub ağıllı, tərbiyəli, savadlı oğul böyüdüb.

Ali təhsil alsada diplomunu görmədən əsgərliyə yola salıb .Qayıdacağı günləri sayıb. Amma Cəmilin özünü deyil, soyuq tabutunu qucaqlayıb.

“Anan ölsün oğul, məni sənsiz qoyma. Mən sənsiz yaşıya bilmərəm. Sən mənim dünyam idin, hər şeyim idin…Mən nə edəcəm sənsiz oğul???”– dedikcə qəsd edirmiş özünə…

O qədər özünü döyüb ki, üç gün yeriyə bilməyib ana…

İncəsənət Universitetinin dossenti Rəbiyyə Zərdabinin şəhid Cəmil haqqında paylaşımlarını oxuduqca ölürdüm yox olurdum…Bir cümləsi isə o qədər təsir etdi ki, mənə …Cavan Aygün 40 yaş qocalıb sanki…

Dünən, 16 uyunda Aygün anayla əlaqə saxladım. Onu ziyarət etmək istədiyimi dedim. İnanın necə şad oldu…

İşdən çıxandan sonra mənə zəng etdi ki, Aytən xanım, evdəyəm.

Getdim Bayıldakı ünvana. Taksi məni küçənin başlnda endirdi. Dar ,dağınıq bərbad vəziyyətdə olan yollarla soraqlaşa -soraqlaşa getdim.Həmin küçədə iki şəhid varmış.İnanın mən o yolu irəlilədikcə utandım. Sadəcə, AYIBDIR!

Bu qədər laqeyidlik olmaz Şəhidlərə. İki şəhid çıxan küçənin vəziyyətini izah edə bilməyəcəm sizə.

Bir təhər “evi” tapdım.Üzür istəyirəm, “yox”, 15 kvadratlıq “hin” …

Şəhid Cəmil o evdən gedib Vətəni qorumağa. Qiymətli canını bizlər üçün, torpaq üçün, namus üçün verən oğulun bizlərə əmanət etdiyi ana atası bu gün Cəmili yad etmək üçün gələn qonaqları elə həmin daxmada qəbul edir…

Xeyli söhbət etdik. İncik … küskü…nigaran. Ananın ağarmış saçlarına, nəmli gözlərinə baxmağa utanırdım…

Qayıdanda artıq gecə idi. Taksiylə evə gələnə qədər ucalmış hündür mərtəbəli binalardan gecəni aydınlaşdıran işıqlara, yollarda şütüyən bahalı markalı maşınlara baxdıqca maşının oturacağında kiçilirdim…

Ey İnsanlar, o evlər də, o maşınlar da,sizi xoşbəxt edən anlarınız da, bu, dünyalıqdır, müvəqqətidir. BİZİM hamımızın gözəl, sakit yaşadığımız bu həyatda borclu olduğumuz biriləri var: ŞƏHİD AİLƏLƏRİ QAZİLƏR (İstər qohumlar olsun, istər yadlar. Hamınıza deyirəm).

Onlar ziyarətgahdır. Onlardan HALALLIQ ALIN!

İsmayıllı rayonunun icra başçısı NAHİD BAĞIROV, sizə təşəkkür edirəm.

Aygün xanım icra başçısından və İsmayıllı rayonunun bəzi səlahiyyətlilərdən o qədər hörmətlə danışdı ki...

Amma… bəzi məmurlar, deputatlar sizdən çox inciyib Şəhid anası (Hələ ki, adlarını yazmıram )…

Gedin o ananın könlünü alın. Ananın çox istədiyi bir arzusu var: OĞLUNUN TƏHSİL ALDIĞI 163 NÖMRƏLİ MƏKTƏBƏ MƏKTƏBİN TƏK ŞƏHİDİ OLAN CƏMİLİN ADI VERİLSİN.

Bir ömür o analara borcluyuq. Haqlarını ödəyə bilmərik.

Onlar bizdən yalnız diqqət istəyirlər.

QƏHRƏMANLARIN ÖMRÜ XALQIN ÖMRÜ QƏDƏRDİR.

XALQ YAŞADIQCA ONLAR DA YAŞAYACAQ.

UNUTMAYAQ! UNUTDURMAYAQ!

Aytən MƏMMƏDOVA

Etikxeber.az

Read Previous

“Şəhidimizin adının Xaçmazdakı 9 saylı orta məktəbə verilməsini istəyirik…”-5 MEDALLI, ŞUŞA FATEHİ ŞƏHİD KƏRƏM VEYİSOVUN ANASINDAN ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT

Read Next

İlham Əliyev Muxtar Tleuberdini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir