Cəmi 19 yaşında Vətən yolunda sağlamlığını qurban verən beş medallı İgidimiz, Vətən sevdalımız-QAZAXLI QAZİMİZ RÖYAL KƏRİMOV… – FOTOLAR

Röyal Şəhadət oğlu Kərimov…

Qalib Azərbaycanın Qəhrəman, Mərd, İgid, Cəsur, Qorxmaz övladlarından biri…

İkinci Vətən Müharibəsi zamanı Vətəni, Torpağı, Qarabağı yolunda sağlamlığından keçən, cəmi 19 yaşında sağlamlığını qurban verən Vətən sevdalısı…

Başından-ayağınacan, təpəsindən-dırnağınacan, qanından-ilyinəcən Vətəninə bağlı olan bir oğul…

Röyalla bu gün, 18 aprel 2023-cü il tarixində tanış oldum…

Əslən Gədəbəyli, özü isə Ağstafanın Xətai kəndindən olan 11 Aprel 2023-cü il Şəhidi, Gizir Elşad Qabil oğlu Həsənovun yeddi mərasimində onunla bir araya gəldim…

Qısaca da olsa, söhbətləşdim, hal-əhvallaşdım…

Allahdan şəfa dilədim, uzun ömür, can sağlığı arzuladım…

Və onunla tanışlığımdan, bir araya gəlməyimdən də çox razı və məmnun qaldım…

İgidliyi, Cəsurluğu, Qorxmazlığı qədər də sadə, sakit, təvazökar, mehriban bir Vətən övladı, bir Vətən oğlu…

Röyal qəhrəmanlar və dahilər yurdu olan Qazax rayonundandır…

Ailənin beş övladından, üç qardaşdan biridir…

Evin ikinci övladıdır…

2001-ci ilin yanvar ayının 19-da dünyaya gəlib…

2007-2018-ci illərdə orta məktəbdə oxuyub…

2019-cu ilin yanvarında, 18 yaşının tamamından az sonra Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb…

2020-ci ilin iyulunda həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb…

Və Azərbaycan Ordusunun hərbçisi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…

Füzuli-Xocavənd istiqamətlərində keçən şərəfli döyüş yolu düz bir ay çəkib…

Müharibənin bir ayının tamamında, oktyabr ayının 27-də Füzuli rayonunun Ayıbasanlı kəndi istiqamətində döyüşlər zamanı onurğasından güllə yarası alıb, ağır yaralanıb…

Uzun müddət, aylarla Bakı şəhərində müxtəlif səhiyyə ocaqlarında müayinə-müalicələrdən keçib…

Hazırda da səhhətində problemlər qalmaqda, davam etməkdədir Vətən sevdalımızın…

Səhhəti ilə əlaqədar ona birinci qrup (ömürlük) əlillik dərəcəsi verilib, birinci qrup müharibə-Qarabağ əlilidir, İgid, Qəhrəman Qazimizdir…

Müharibədən sonra həm də 5 medala-“Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, İgidliyə görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Minik avtomobili ilə təmin olunub…

22 yaşlı Röyal həm də subaydır…

Bəli, bugünümüzə, dinclik və əmin-amanlığımıza, Qələbə, Zəfər Qürurunu, Qalibiyyəti yaşadığımıza görə Röyala, Röyal kimi İgid, Qəhrəman oğullara borcluyuq…

Onlara olan borcumuz da heç zaman bitməyəcək…

Allah qorusun!

Böyük Yaradan Yar və Yardımçısı olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2023-cü ilin dövlət büdcəsinə dəyişiklik ediləcək-PREZİDENT HÖKUMƏTƏ GÖSTƏRİŞ VERDİ

Read Next

“Mehtab Mübariz olmaq istəyirdi və Mübariz də oldu…Mehtab körpəlikdən Şəhidliyə hazır idi və arzusuna da çatdı, istəyinə də nail oldu…”-GƏBƏDƏYLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, 4 MEDALLI MEHTAB QULİYEVİN ANASI TAMİLƏ MƏŞƏDİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir