Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiyanın sabiq xarici siyasət idarəsinin rəhbəri Yevgeni Primakovun “Vstreçi na perekryostkax” kitabı-1988-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin Milli Azadlıq Hərəkaıt və Azərbaycandakı ictimai-siyasi hadisələrlə həsr olunmuş kitabı çapdan çıxıb. Kitabda Y.Primakov o dövrdə baş verən hadisələri qələmə alıb.
Etikxeber.az Gununsesi.info-ya istinadən kitabın Azərbaycan oxucularına maraqlı olduğunu nəzərə alaraq, onu müəyyən ixtisarlarla təqdim edir:
“…1989-cu ilin yayında Dağlı Qarabağda vəziyyətin kəskin dəyişməsi Azərbaycandakı durumu mürəkkbələşdirdi və nəticədə iyulun 16-da AXC-nin təsis konfransı keçirildi. AXC rəhbərliyi xalqın hakimiyyətdən narazılığından uğurla istifadə edərək, onu öz ətrafında toplaya bildi. 1990-cı ilin Yanvarında vəziyyət daha da gərginləşdi və ölkədə yaşayan ermənilərin kütləvi çıxarılmasına başlnadı.
“1990-cı ildə Mixail Qorbaçov Litvadan Moskvaya geri dönən kimi Kryuçkov hava limanında Bakıdakı vəziyyəti ona məruzə etdim. Qorbaçov isə bildirdi ki, Bakıya Nazirlər Kabinetinin sədrinin müavinin göndərmək lazımdır. Sonra nəsə fikirləşərək dedi ki, yox, təkcə Nazirlər Kabinetinin sədrinin müavini Doqujiyevlə yanaşı, Primakov və Mərkəzi komitəinin katibi Girenko da getsin.
Biz yanvarın 15-də, bazar günü səhər tezdən Bakıya uçduq, əslində isə bir gündən sonra Moskvaya qayıdıb Siyasi Büroya vəziyyəti məruzə etməli idik. Biz Girenko ilə Bakıda iki həftə olduq və oradakı ermənilərin evakuasiyası ilə məşğul olduq. Bununla yanaşı, AXC rəhbərliyi ilə danışıqlar apardıq”.
Primakovun yazdığına görə, Qorbaçov onlara AXC rəhbərliyi ilə məsələləri sülh yolu ilə həll etməyi tövsiyə edib:
“Biz bu göstərişə uyğun olaraq AXC rəhbərliyiilə- Əbülfəz Əliyevlə (Elçibəy), Etibar Məmmədov, İsa Qəmbər, Nemət Pənahovla görüşdük. Danışıqlarda onların hərbi hissələri blokada etməsindən çəkinməyə və güc yolundan imtina etməyə çağırdıq.
“Etibar Məmmədov yanıma gələrək mənə balkondan çıxış etməyi təklif etdi- ola bilsin ki, o, kütlənin ehtirasından və ya mənə hücum edəcəyindən ehtiyatlanaraq belə bir təklif etdi…”
O zaman ehtiraslar getidkcə artırdı. Hər gün Mərkəzi Komitənin binası qarşısında və Bakının mərkəzi meydanlarında mitinqlər keçirilirdi.
Mərkəzi Komitənin qarşısında bir qrup həkim, qadın dəstəsi yaxınlaşaraq mitinqdə çıxış etməyi xahiş etdilər. Sonda məni mitiqndə çıxış etməyə razı saldılar. İndiyə kimi yadımdadır, Etibar Məmmədov yanıma gələrək mənə balkondan çıxış etməyi təklif etdi. Ola bilsin ki, o, kütlənin ehtirasından və ya mənə hücum edəcəyindən ehtiyatlanaraq belə bir təklif etdi. Mən isə ona cavabında bildirdim ki, hamı hansı tribundan çıxış edirsə, mən də həmən tribundan çıxış edəcəm.
Heş zaman yaddan çıxara bilmərəm, bir azərbaycanlı gənc dəbilqədə qarşımda durdu. Mənim ətrafımdakı mühafizəçilərim də orada idi. Bir şəqrçünas kimi çıxışıma Qurani- Kərim ayələrindən oxumaqla başladım. Hamı diqqətlə qulaq asırdı. Çıxışımda bildirdim ki, hərbi hissələrin və hava limanlarının blokadası aradan qaldırılacağı təqdirdə, əhaliyə qarşı hakimiyyət tərəfindən hər hansı güc tətbiq edilməyəcək.
Bu zaman Rəhim Qaziyev mitinq iştirakçılarına hündürdən “Qarşınızda mafiya təmsilçisi çıxış edir!”- deyə, səsləndi. Bundan sonra mən heç bir ppbolem olmadan binaya daxil oldum. Çox xoş, mehriban azərbaycanlı xanımlar məni əhatəyə aldı və biz onları sakitləşdirməyə çalışırdıq.
Həmin vaxt AXC-nin hərbləşdirilmiş dəsətləri Bakıda “fövqəladə vəziyyət” elan etmişdilər. Paytaxtın giriş və çıxış yollarında partul dəstəsi qoyaraq, bütün maşınları yoxlayırdılar. Bu patrul dəstələri ilə əlaqə “taksimotor” parkındakı radiorabitə vasitəsiylə ötürülürdü. O zaman “KQB”-nin rəhbərlərindən olan F.Bobkov Bakıda idi. Bu şəsx bütün imkanlardan istifadə edib qantökməkdən qaçmağa çalışırdı. Buna baxmayaraq, hər saatdan bir vəziyyət gərginləşirdi.
“Qorbaçov: Bir saatdan sonra müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin Bakıya uçacaqlar…”
Yanvarın 19-da Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirovun otağında idim və bu zaman Mixail Qorbaçov ona zəng etdi. Qorbaçov dedi ki, SSRİ Ali Sovetinin qərarı ilə Bakıya ordu yeridiləcək. Onda Mixail Qorbaçova dedim ki, mən hərbi əməliyyata rəhbərlik edə bilməyəcəyəm. Cavab isə belə oldu: Bir saatdan sonra müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin Bakıya uçacaqlar.
Bu, çox dəhşətli günlər idi. Bakıya ordunun yeridilməsi nəticəsində yüzdən artıq azərbaycanlı dünyasını dəyişdi. Bakıda fövqəladə vəziyyət və komendant saatı elan olundu. Mərkəzi Komitənin Plenumu Vəzirovu tutduğu vəzifədən azad və onun yerinə Ayaz Mütəllibovu təyin etdi. Mütəllibovun birinci katib təyin edilməsinə baxmayaraq, uzun müddət həyat öz əvvəlki məcrasına düşmədi.
Qorbaçov mənə zəng edib, Girenko ilə Bakını tərk etmək barədə göstəriş verəndə mənim sevincimin həddi-hüdudu yox idi. Qorbaçov dedi ki, Mütəllibov bizim nəzarətimiz altında fəaliyyət göstərir.
Ona görə sevinirdim ki, Bakıda çox mürəkkəb anlar yaşadım və burada məni saçlarım bir az da çallaşdı. Bakıda gəncliyimin iki ilini keçirdim. Hərbi-Dəniz Məktəbində yaşadım. Orada mənim xeyli sayda dostlarım var idi və bugünə kimi də onlar qalmaqdadır.
Mən bəlağətsiz və səmimi olaraq deyirəm ki, Azərbaycanı sevirəm. Kimin günahından baş verdi Bakıdakı o, dəhşətli faciə… Bu, həqiqətən də mənim üçün dəhşətli bir faciə idi. Təxribatçılar, hadisələri qıcıqlandırıcı qüvvələr Azərbaycanda vəziyyətin normal məcraya dönməsinə imkan vermirdilər və Dağlıq Qarabağ problemi həll olunmamış qaldı..
Bakıda olan zaman Tofiq İsmayılovla yaxından dostluq edirdik, o, çox ağıllı, mehriban və geniş dünyagörüşə, öz Vətənini sevən, azad düşüncəyə malik bir insan idi.
Onunla əməkdaşlığımız nəticəsində “kiçik addımlar” atmaqla münaqişənin həll olunmsı üçün Ermənistana qaz kəmərini açdıq. Ancaq təəssüflər olsun ki, bizim bu addımlarımız İrəvanda müsbət reaksiya ilə qarşılanmadı. Hətta, biz hər iki ölkənin rəhbərlərinin birinci görüşünü keçirməyə qərara almışdıq.
“SSRİ Nazirlər Kabineti Ayaz Müətllibovla Levon Ter-Petrosyanı Kremlə dəvət etdi…”
Bunun üçün 1990-cı ilin noyabrın 10-da SSRİ Nazirlər Kabineti Ayaz Müətllibovla Levon Ter-Petrosyanı Kremlə dəvət etdi. Onda mən tərəflərə kompromis paketi üzərində razılığa gəlin və bu gərginlik aradan qaldırılsın, dedim. A. Mütəllibov və L.T Petrosyan bu paketi dörd saat müzakirə edilər. Xeyli müzakirəlrədən sonra tərəflər müəyyən bir razılığa gəldilər.
Paketə əsasən ilk olaraq Ermənistanın 20 fevral 1988-ci il Dağlıq Qarabağı özünə birləşdirmək barədə qərarı ləğv olunurdu və bununla bağlı tərəflər birgə bəyantla çıxış etməli idilər. Növəbti addım kimi Dağlıq Qarabağda hakimiyyət orqanlarını bərpa etmək üçün seçkilər keçirilməsi nəzərdə tutulurdu. Eyni zamanda, Dağlıq Qarabağın muxtariyyətinə qarant durmaq məqsədi ilə Azərbaycan xüsusi qanun qanun qəbul etməli idi.
Bununla yanaşı olaraq Azərbaycanda və Dağlıq Qarabağda fövqəladə vəziyyət ləğv olunmalı idi. Paketdə iki münaqişə tərəfindən əlaqələrin normallaşdırmasını nəzərdə tutan digər təkliflər də yer alırdı. Hətta, təhlükəsizlik məqsədi ilə bufer zonanı yaradılması nəzərdə tutulurdu.
Mütəllibov və Petrosyan bu təkliflərlə razı oldular. Hətta, onlara bunu SSRİ Ali Sovetində prosesə dəstək vermək üçün deputat qrupunun yaradılması da təklif olundu. Mən də problemin həlli ilə bağlı çox böyük optimizm yarandı. Bu məsələni həll etmək Rəşid Nişanovla danışdım ki, deputat qrupları ilə danışıqlar məsuliyyətini o üzərinə götürsün. İlk mərhələ də o da razılaşdı. Təəssüflər olsun ki, ekstremistlər tərəfindən qızışdırılan deputatlar bu təklifləri qəbul etmədi.
1991-ci ilin ortalarında genişmiqyaslı hərbi əməliyyatlardan qaçmaq üçün səylər görüldü, ancaq bu səylər nəticə vermədi.
1991-ci ilin sentyabrın 8-də Ayaz Mütəllibov prezident seçilsə də, o, ölkədki proseslərə nəzarət etmək qabliyyətində deyildi. Onun ölkədə hakimiyyətə tam nəzarət edə bilməməsi ikihakimiyyətliyə gətirib çıxardı. Məhz bunun nəticəsində AXC 1992-ci ilin martında Mütəllibovu istefaya göndərdi. 1992-ci ilin mayında Mütəllibov hakimiyyətə yenidən qayıtmağaı bacarsa da, bir gün sonra yenidən hakimiyyətdən devrildi.
Bundan sonra ölkədə yenidən prezident seçkiləri keçirildi və 1992-ci ilin iyunun 7-də AXC lideri Əbülfəz Elçibəy prezident seçildi. Bu ərəfədə Dağlıq Qarabağ ərtafında genişmiqyaslı hərbi əməliyyatlar başlandı. AXC münaiqşənin siyasi yoldan daha çox hərbi yolla münaqişənin həllinə üstünlük verdi.
Ancaq bu məsələnin siyasi yolla həlli ağırlığı Heydər Əliyevin üzərinə düşdü. 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdan H.Əliyev 1994-cü ildə atəşkəs rejiminə nail oldu…”
Etikxeber.az