Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilir – BU GÜN

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək.

Etikxeber.az  məlumat verir ki,  Avropa qitəsinin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti sınağına çıxacaq.

İlk oyun gününün bütün matçları eyni vaxtda başlayacaq. E qrupunda ilk tur heç-heçələrlə əlamətdar olduğundan komandalar qələbə hesabını açmaq uğrunda mübarizə aparacaq. “Liverpul”un Rusiya səfərində, “Sevilya”nın isə evdə istəyinə çatacağı daha inandırıcı görünür.

F qrupunda liderlər üz-üzə gələcək. “Mançester Siti” öz meydanında “Şaxtyor”u qəbul edəcək. Rəqiblər vahid liderlik uğrunda döyüşəcək. İlk turdan xalsız ayrılan “Napoli” isə “Feyenoord”la ev matçında bu uğursuzluğu unutdurmalıdır.

Azərbaycan futbolsevərləri üçün ilk oyun gününün ən gözlənilən matçı İstanbulda olacaq. Qonşu Türkiyənin təmsilçisi “Beşiktaş” “Leypsiq”i qəbul edəcək. “Porto” üzərində gözlənilməz səfər qələbəsi ilə yarışa start verən “ağ-qaralar” liderliyini möhkəmlətmək üçün xal itirməməlidir. Portuqaliya klubu isə çətin Monako səfərində eyniadlı klubla qarşılaşacaq.

H qrupunda diqqətlər Dortmunda yönələcək. Yerli “Borussiya” evdə “Real”ı sınağa çəkəcək. Sonuncular ikinci qələbəsi üçün vuruşacaqsa, meydan sahibləri ilk xallarını əldə etməlidi. Çünki “Tottenhem”in də ikinci qələbəsini qazanması almaniyalıları çətin vəziyyətə sala bilər.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

26 sentyabr

 

E qrupu

22:45. “Spartak” (Rusiya) – “Liverpul” (İngiltərə)

22:45. “Sevilya” (İspaniya) – “Maribor” (Sloveniya)

 

1. Liverpul 1 0 1 0 2-2 1
2. Sevilya 1 0 1 0 2-2 1
3. Spartak 1 0 1 0 1-1 1
4. Maribor 1 0 1 0 1-1 1

 

F qrupu

22:45. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)

22:45. “Napoli” (İtaliya) – “Feyenord” (Hollandiya)

 

1. Mançester Siti 1 1 0 0 4-0 3
2. Şaxtyor 1 1 0 0 2-1 3
3. Napoli 1 0 0 1 1-2 0
4. Feyenord 1 0 0 1 0-4 0

 

G qrupu

22:45. “Monako” (Fransa) – “Porto” (Portuqaliya)

22:45. “Beşiktaş” (Türkiyə) – “Leypsiq” (Almaniya)

 

1. Beşiktaş 1 1 0 0 3-1 3
2. Monako 1 0 1 0 1-1 1
3. Leypziq 1 0 1 0 1-1 1
4. Porto 1 0 0 1 1-3 0

 

H qrupu

22:45. APOEL (Kipr) – “Tottenhem” (İngiltərə)

22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya)

 

1. Real 1 1 0 0 3-0 3
2. Tottenhem 1 1 0 0 3-1 3
3. Borussiya 1 0 0 1 1-3 0
4. APOEL 1 0 0 1 0-3 0

 

Etikxeber.az

Read Previous

“Bölgədə yeni bir gərginliyin fitili atəşlənir…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda…” – FOTO – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir