Cismən olmasa da, ruhən, mənən bizimlə, bizlərlə olan Böyük İnsan-Aslan müəllim! – KAMİL HƏMZƏOĞLU YAZDI

Düz bir il keçdi…

Və bir il çox tez gəlib, Yel kimi, quş kimi uçub getdi…

Necə gəldi, necə keçdi, necə getdi…bilmək olmadı…

Düz bir ildir ki, O-Böyük Şəxsiyyət aramızda deyil…

Bir ildir ki, həyatın hər üzünü görmüş Aslan müəllim bu fani dünyaya birdəfəlik “əlvida” deyib, Haqqın dərgahına üz tutub, qovuşub…

Düz bir ildir ki, Haqqın dərgahında, Cənnətdə, Cənnətindədir…

Amma hələ də inana bilmirəm Onun yoxluğuna, cismən bizim aramızda, bizlərlə bir yerdə olmamasına…

Hələ də inana və qəbul edə bilmirəm ki, Aslan müəllim bu həyatda yoxdur, bu dünyadan köç edib gedib…

***

Bu gün, 1 aprel tarixində Aslan müəllimin vəfatının, bu dünyaya “əlvida” deməsinin birinci ildönümü idi…

Və bir az olar ki, Aslan müəllimin Təzəpir məscidində keçirilən, təşkil olunan və adına, şanına layiq anım, ildönümü mərasimdən evə qayıtmışam…

Mərasimə gedəndə, mərasimdən qayıdan da yolboyu ancaq öz-özümlə danışmış, Aslan müəllimi, Onunla keçirdiyim gözəl-kövrək anları bir-bir xatırlamışam…

Mərasimdə də ancaq Aslan müəllimlə bağlı xatirələrimi göz önünə gətirmiş, həm kövrəlmiş, həm də gülümsünmüşəm…

Çünki həyatın, fani dünyanın bütün amansızlıqlarını, acılarını dadmasına, ağır sınaqlardan keçməsinə…baxmayaraq, çox həyatdolu İnsan idi…

Adam Onunla söhbətləşəndə, dərdləşəndə yaşadığı bütün çətinliklərinə rəğmən yenidən həyata tutunmaq, yenidən həyatdan beşəlli yapışmaq istəyirdi…

Hər zaman pozitiv əhval-ruhiyyədə idi, hər zaman pozitivlik saçırdı ətrafına, ətrafındakılara, onun sevənlərə, onun sevdiklərinə…

Və Allahımdan çox-çox razıyam ki, belə bir İnsanla-aramızda böyük yaş fərqi olmasına baxmayaraq- illər öncə müsahib-tanış olmuş, sonradan isə ikimiz də bu tanışlığı dostluğa, ata-bala müstəvisinə keçirmiş(d)ik…

O, nəinki övladlarının, həm də mənim Böyüyüm, Ağsaqqalım idi…

Və bir il öncə Onun dünyasını dəyişməsi xəbərini aldıqda…canım Atamın ölüm xəbərini aldığım zaman necə sarsıntı keçirmişdimsə, o cür sarsılmışdım…

Kompüterin arxasında saatlarla hönkür-hönkür ağlamışdım…

Çünki bir daha qeyd edirəm-can Dostumu, Böyük qardaşımı, Böyüyümü, Ağsaqqalımı, Sirdaşımı, sevinc və kədər, dərd Ortğamı itirmişdim…

O üzdən bir il keçsə də, hələ də Onun yoxluğuna inana, Onun yoxluğunu qəbul edə bilmirəm…Allah günaha getməsin…

Ondan ötrü çox darıxmışam, çox darıxıram Onun öyüd-nəsihətləri,məsləhətləri, duzlu-məzəli söhbətləri üçün…

Onun zənglərini hələ də gözləyirəm…Özləyirəm amiranə, eyni zamanda, nəvaziş dolu səsini…

Heyf Sizdən, Aslan müəlim, çox heyf!!!

Nur içində yatın!

Məkanınız cənnətlik, məzarınız behiştlik, məqamınız Uca olsun!

Məzarınızda rahat uyuyun!

Ruhunuz qarşısında baş əyirəm!

Allah rəhmət etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

47 yeni yoluxma-2 ÖLÜM…

Read Next

İlham Əliyev Vahid Əhmədovu-TƏLTİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir