Dağlıq Qarabağ rejiminin “referendum”u heç bir ölkə tərəfindən tanınmır – PREZİDENT

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında bildirib.

“Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib” – deyən dövlət başçısı qondarma “Dağlıq Qarabağ rejiminin keçirəcəyi  “referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirib.

O, Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu “referendum”un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini də diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

“ABŞ və Rusiya rəsmilərinin görüşü üçün Bakının seçilməsi qərarı bizim deyildi” – ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Ərdoğan: Prezidentlik sistemi 80 milyonun gələcəyi üçündür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0