Daha 1265 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib, aktiv xəstə sayı 13241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, ötən müddət ərzində isə ümumilikdə 4 979 535 test aparılıb.

Etikxeber.az

Read Previous

“Suqovuşandan Kəlbəcər istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaxınlığında erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb”-MN

Read Next

Qaysalı-Vətən sevdalısı Heybullah…BU GÜN HƏM DÜNYAYA GƏLDİYİ, HƏM DƏ ŞƏHİD OLDUĞU GÜNDÜR…-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir