Daha 2075 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 141 335, ötən müddət ərzində isə ümumilikdə 12 679 test aparılıb.

Etikxeber.az

Read Previous

Daha bir Qazimiz-Vətən sevdalımız – EMİL İLHAM OĞLU ABDİYEV…

Read Next

MSK-nın tərkibi yenidən-FORMALAŞDIRILIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir