Daha 584 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 619 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 906 nəfər müalicə olunaraq sağalıb, 8 422 nəfər vəfat edib, aktiv xəstə sayı 7174 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 044, ötən müddət ərzində isə ümumilikdə 5 911 227 test aparılıb.

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, subay-20 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN NURLAN MƏMİŞOV…ŞƏHİDİN AİLƏSİNİ DİNLƏYƏN TAPILACAQMI, ANASI VƏ QARDAŞI NORMAL İŞLƏ TƏMİN OLUNACAQLARMI? – FOTOLAR

Read Next

Ərdoğan Tokayev, Əliyev, Jarapov və Mirziyoyevlə-QAZAXISTANDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir