Daha 62 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, aktiv xəstə sayı 560 nəfərdir.

Azərbaycanda indiyədək ümumilikdə 827 055 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 816 462 nəfər müalicə olunaraq sağalıb, 10 033 nəfər vəfat edib, aktiv xəstə sayı 560 nəfərdir.

Ölkədə son sutka ərzində 2112, hazırkı dövrədək isə 7 499 907 test aparılıb.

Etikxeber.az

Read Previous

Sabah qar-YAĞACAQMI?

Read Next

“Yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir