Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda vida mərasimi keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, şəhidin nəşi Göygölün Murovdağ qəsəbəsinə, yaşadığı evə gətirilib.
Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.
Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun nəşinin iyunun 2-də Murovdağ istiqamətində tapıldığı açıqlanıb.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) olan Eldəniz Verdiyev Vətən müharibəsinin ilk günlərində itkin düşüb (APA).



***
Vətən müharibəsinin şəhidi Eldəniz Verdiyevlə anadan olduğu Göygöl rayonunda dəfn olunub.
Səhidin nəşi Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.
Etikxeber.az