Daha bir Şəhid ailəsinin özəl-şad günü: ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN BACISI NİŞANLANDI – FOTOLAR

Bu gün daha bir Şəhid ailəsində gözəl, əlamətdar, şad gün yaşanıb…

Daha bir Nur üzlü Şəhidimizin bacısının xeyiri işi olub, daha bir Nur simalı Şəhid bacısı sevdiyi, seçdiyi, könül verdiyi oğlanla nişanlanıb…

Nur üzlü Şəhidimiz, evin-ailənin tək və subay, həm də ali təhsilli oğlu Cəmil Habil oğlu Məmmədlinin bacısı Aybəniz Məmmədlinin bu gün nişan mərasimi baş tutub…

Qeyd edim ki, Aybəniz evin böyük, Cəmil isə kiçik övladı olub…

Ailədə bir bacı, bir qardaş olublar…

Və həm də bir-birlərinə çox bağlı, dost-sirdaş olublar…

Məlum səbəblərdən uzun müddət tərəddüd edən Şəhidimizin ailəsi-valideynləri bir neçə gün öncə iki gəncin xeyir işinə riza, razılıq veriblər…

Və bu gün, cəmi saatlar, dəqiqələr öncə Bakı şəhərində gənclərin ailələr arasında sadə nişan, üzüktaxma mərasimi olub…

Və həmin anlarda ən çox sevinən Şəhidimizin, Cəmil Məmmədlinin ruhu olub…

Ən çox Onun ruhu sevinib, ən çox Onun ruhu şadlanıb…

Ruhu bacısına və onun nişanlısına, gələcəyin yeni ailəsinə kömək olsun!

Hər iki gənc xoşbəxtlərin xoşbəxti, bəxtəvərlərin bəxtəvəri olsun!

Qoşa yarıyıb, qoşa qarısnlar!

Hər iki gəncin, xüsusilə, Şəhidimizin valideynlərinin-Aygün və Habil Məmmədovların gözləri aydın olsun!

Tezliklə nəvə-nəticə sahibi olsunlar!

Təbriklər, təbriklər və bir daha təbriklər!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, Baş leytenant-ŞƏHİD TELMAN ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart soyqırımından-104 İL ÖTÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir