“Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”-BUNU AZƏRBAYCAN PREZİDENTİ ONA ZƏNG EDƏN MAKRONUN DİQQƏTİNƏ ÇATDIRDI…

Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub.

Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Etikxeber.az

Read Previous

“Əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız…Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”-İLHAM ƏLİYEVDƏN HƏMSƏDRLƏRƏ İTTİHAM VƏ XƏBƏRDARLIQ – FOTO – YENİLƏNİB

Read Next

“Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirilib”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN TƏRTƏR, AĞDAM VƏ GORANBOYUN KƏNDLƏRİNİ ATƏŞƏ TUTUR – NAZİRLİK AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir