Deputat “Qarabağ” ordenli Qazini təbrik etdi-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN DİGƏR İŞTİRAKÇILARI İLƏ ƏLAQƏ SAXLADI – FOTO

Zəfər tariximizin yazılmasında iştirak edən “Qarabağ” ordenli Əsədli Aqil Əlirza oğlu ilə əlaqə saxlayıb, yüksək təltif münasibəti ilə təbrik etdim, onunla fəxr etdiyimizi bildirdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, həmçinin, Qazi Kərimli Sahib Əhmədağa oğluna zəng edib, hələ tam sağalmasa və bədənində qəlpələr qalsa da, Sahib artıq hərbi hissədədir.

“Bu gün həm də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa uğrunda döyüşlərdə iştirak edən baş çavuş Şərbətov Əli Elman oğlu və Füzuli, Xocavənd, Hadrut istiqamətində rəşadətlə vuruşmuş İsrafil Mənsimli ilə, o cümlədən, baş leytenant Nuran Mirəlinin ailə üzvləri ilə əlaqə saxladım. Hər üç igidimiz hazırda işğaldan azad olunmuş torpaqlarımızda vətənə xidmətlərini davam edir, əhvalları da yaxşıdır. Allah hər birinizi qorusun, igidlər!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq”-XİN

Read Next

“Ürəyim bacı, sağ qayıtsam, özüm sənə xüsusi ad günü keçirəcəm”… Bu, onun son sözü oldu…Məlik bacısına hər zaman, “ürəyim, bacım” deyərdi…O, bizim hər zaman ürəyimizdə yaşayacaq!”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD MƏLİK ZÜLFÜQAROVUN ANASI İLƏ GÖRÜŞDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir