Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Uşaq psixologiyası və tərbiyəsinə ziyan vuracaq pis vərdişlərin təlqin olunmaması məqsədi ilə“Uşaqların hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin aprelin 21-də keçirilən iclasında “Uşaqların hüquqları haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.
Qanuna nəzərdə tutulan dəyişiklik barəsində məlumat verən MM-in Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, dəyişiklik uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Bu məqsədlə də “Uşaqların hüquqları haqqında” qanuna “Reklamda uşaqların müdafiəsi” adlı yarımbaşlıqlı əlavə nəzərdə tutulur. Bu, eyni zamanda, “Reklam haqqında” qanuna uyğunlaşdırılma məqsədi daşıyır”- deyə, komitə sədri vurğulayıb.
“Reklamda uşaqların madafiəsi” yarımbaşlıqlı əlavəyə gəlincə, burada uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq məqsədi ilə bir sıra qadağalar nəzərdə tutulur:
-11-1.1.1. valideyninin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarəı zəiflədən məlumatların verilməsi;
-11-1.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;
11-1.1.4 həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;
11.1.1.5 uşaqlara aid olmayan əmtənin onlar üçün nəzərdə tutulan reklamlarda yerləşdirilməsi%
11-1.1.6 yayımlanan reklamalrda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;
11-1.1.7 uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi kimi əlavələr qanunda öz əksini tapıb.
***
Müzakirələr zamanı komitə sədri onu da deyib ki, bu yaxınlaradək orta məktəblərin yaxınlığında reklamlar yerləşdilirdi. Dəftər və qələmlərin üzərində də reklamlar əks olunurdu. Hətta, cizgi filmləri nümayiş olunarkən fasilələrlə reklamlar verilirdi. Bunların hamısına qadağa qoyuldu:
“Ancaq “Reklam haqqında” qanuna edilən dəyişikliklər və bu dəyişikliklərin tətbiqi nəticəsində son dövrlərdə bu sahədə çox ciddi nəzarət var. Yəni, artıq orta məktəb yaxınlığında uşaq psixologiyasına zərər vuran reklamlar yığışdırılıb”.
O, eyni zamanda əlavə edib ki, telekanallarda uşaqlar üçün bir saatlıq film bəzən 3 saat çəkirdi:
“Axı, uşağın vaxtı azdır, ona lazım olan multfilmə baxıb ya istirahət etməlidir, ya da dərsləri ilə məşğul olmalıdır. İndi isə bu cür hərəkətlər yığışdırılmaqdadır”.
Deputat Dilarə Cəbrayılova da çıxışında deyib ki, dərs vəsaitlərində reklamların olması uşaqları dərsdən yayındırır:
“Bu cür reklamlara qadağa qoyulsa da, hələ də bu cür hallar baş verir. Bu da bizi narahat etməyə bilməz. Məktəb ətrafında reklamların yığışdırılması doğru qərardır. Bu, uşaqların müdafiəsi baxımından çox önəmlidir”.
Deputat Astan Şahverdiyev isə bildirib ki, uşaqlara nifrət aşılana bilməz:
“Ermənistanda uşaqlara nifrət aşılanır”.
Deputat şagirdlərin məktəblərdə müəllimləri tərəfindən döyülməsinə də toxunub:
“Bəzən görürük ki, hansısa şagird müəllimi tərəfindən döyülüb. Bu cür hallar yolverilməzdir. Düzdür, cəza tədbirləri görülür. Amma hər uşaq, valideyn şikayət edə bilmir axı?! Ona görə də uşaqları qorumaq lazımdır”.
Deputat Tahir Rzayev öz növbəsində ictimai nəqliyyat vasitələrində yerləşdirilən reklamlardan şikayətlənib:
“Avtobusdakı reklama nəzarət etmək lazımdır. Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki… Həmin uşaqlar da o avtobusdan istifadə etdiyinə görə onlara zərərlidir”.
Etikxeber.az