Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan prezdenti İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Azər Badamov deyib.
O, qeyd edib ki, Rusiya prezdenti Vladimir Putin Azərbaycan prezidentini çox səmimi və dostcasına qarşıladı.
Millət vəkilinin sözlərinə görə, bu, onu göstərir ki, ölkələrimiz arasındakı münasibətlər çox yüksək səviyyədədir.
“Görüşdən sonra keçirilən mətbuat konfransında Vladimir Putinin dediyi kimi, Azərbaycanla Rusiya arasında dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Təbii ki, bu sözlər onu deməyə imkan verir ki, Rusiya Azərbaycanı Ermənistandan fərqli olaraq, tam müstəqil dövlət kimi qəbul edir və bütün münasibətlər qarşılıqlı faydaya, səmərəliliyə əsaslanır.
Görüşdə prezidentlər ikitərəfli strateji əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün, yəni, iqtisadi, humanitar və mədəni əməkdaşlıq sferalarının inkişaf etdirilməsi üçün geniş fikir mübadiləsi aparmaqla yanaşı, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsi ətrafında da müzakirələr aparıblar. Bunu verilən bəyanatlar da bir daha əyani şəkildə ortaya və münaqişənin həllinə ümidləri artırır. Yəni, Rusiya torpaqlarımızın işğaldan azad edilməsində həlledici rol oynaya bilər.
Həmçinin, Rusiya Azərbaycana ən çox qeyri-neft məhsullarını ixrac edən ölkədir. Eyni zamanda, Rusiyada çoxlu sayda soydaşlarımız yaşayır. Odur ki, Rusiya ilə dostluq münasibətlərimizin olması ölkəmizin transmilli layihələrdən daha effektiv gəlir götürməsinə öz töhfəsini verər. Bir sözlə, cənab prezdentin Rusiyaya səfərini və səfər çərçivəsində bir sıra sənədlərin imzalanmasını çox yüksək dəyərləndirirəm”-deyə, millət vəkili sonra bildirib.
Millət vəkili Sahib Alıyev də hesab edir ki, prezident İ.Əliyevin Soçiyə son səfəri ölkələrimiz arasında həlli mürəkkəb görünən məsələlərin çözümü yönündə irəliyə doğru mühüm addımların atıldığı, Rusiyanın regionda “ənənəvi” müttəfiqi kimi təqdim edilən Ermənistanın yeni hakimiyyətiylə isə müəyyən narazılıqların baş qaldırdığı bir vaxtda gerçəkləşdi:
“Dövlət başçımız cənab İlham Əliyevin də vurğuladığı kimi, bu, son üç ayda onun prezident Putinlə 3-cü görüşüydü. Elə bu faktın özü hər iki ölkə arasında əlaqələrin yetərincə yüksək səviyyədə olmaından xəbər verir. Bu, öz təsdiqini ticarət dövriyyəsində də tapır. Hazırda Rusiya Azərbaycana ən çox mal idxal dən ölkədir, eyni zamanda da, Azərbaycanın qeyri-neft sektoruna aid olmayan məhsullarının bir nömrəli bazarıdır.
Ən maraqlısı odur ki, az öncə də vurğuladığım kimi ,,Azərbaycanla Rusiya hər iki ölkənin maraqlarının müəyyən dərəcədə kəsişdiyi məslələrdə belə razılığa gəlməyi bacardılar və hətta tərəfdaşa belə çevrilirlər. Bunlardan biri Çini Avropayla birləşdirən Şərq-Qərb dəhlizidir ki, indi Rusiya da mallarının bir hissəsini məhz həmin dəhlizləTürkiyəyə göndərməyi planlaşdırır, hətta, artıq buna başlanılıb da. Üstəlik Rusiya Ermənistanı regiondakı nəqliyyat yollarından tam təcriddə saxlayan Simal-Cənub dəhlizini də Azərbaycanla birgə reallaşdırır.
İki ölkə arasında həlli çətin məsələlərdən biri bilirsiniz ki, Xəzərin statusu və Transxəzər kəməri idi.
Soçidə bizim Dövlət Neft Şirkətiylə Rosneft arasında Xəzərin Azərbaycana aid sektorunda birgə əməkdaşlıq haqda müqavilə onu göstərir ki, artıq Transxəzər layihihəsinin reallaşması mümkündür. Və bu cəmisi son bir ayda keçirilən Putin-Berdimühəmmədov, Merkel-Putin, Əliyev-Merkel, Əliyev-Putin danışıqlarının məntiqi nəticəsi olaraq meydana çıxır. Anlaşılan budur ki, Rusiya Şimal axını-2 layihəsinin yolunun tam açılmasının qarşılığında Transxəzər kəmərinin çəkilişinə göz yuma bilər. Amma bu kəmərdə Türkmənistanın rəqiblik potensialı Azərbaycanla Rusiyanın müəyyən etdikləri çərçivədən çıxmamalıdır. Eyni zamanda, Xəzərdə ARDNŞ-lə Rosneft arasındaki yeni müqavilə Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhliziylə Rusiya qazının da gedə biləcəyi perspektivini daha da gücləndirir.
Beləliklə, iki ölk arasında dostluq və strateji tərəfdaşlıq haqda anlaşmanın 10-cu ildönümündə bizim təkcə sənəddə deyil, realda da strateji tərəfdaşa çevirildiyimizi görürük. Qarşıda strateji müttəfiqlik var. Bu isə bir halda mümkündür, Dağlıq Qarabağ problemi həllini tapanda. Bunun bizim üçün necə əhəmiyytli məsələ olduğu mətbuat qarşısında birgə bəyantda da özünü göstərdi. Cənab İlham Əliyev iki ölkə arasında əlaqələrdən danışarkən birinci məhz Dağlıq Qarabağ probleminin həlli zəruriliyini qabartdı.
Bu məsələdə necə Rusiya gözlənilən addımı atacaqmı? Təəssüf ki, bu haqda hələlik qəti nəsə demək mümkün deyil. Bəli, bayaq da vurğuladığım kimi, Ermənistanın yeni hakimiyyətinin yeritdiyi siyasət Moskvanın ürəyindən deyil, orada belə davam edərsə, Rusiyanın Qarabağ məsələsinə yanşamasının dəyişəcəyinə eyham vurulur. Rusiyanın rəsmi İrəvandan narazılığı elə Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana zəng edib, onu doğum günüylə bağlı təbrik etməsi və bunun qabardılmasından da görünür. Yeri gəlmişkən, Koçaryan təbrik edilməsi Donbas separatçılarının lideri Zaxarçenkonun öldürülməsiylə bağlı Kreml adından başsağlının verilməsiylə eyni günə düşdü”.
Millət vəkili vurğulayıb ki, Ukraynada Zaxarçenkoya yanaşma necədirsə, Azərbaycanda Koçaryana yanaşma ondan da pisdir, çünki o Zaxarçenkodan daha ağır cinayətlərə baş vurub:
“Rusiya necə, bu iki separatçının hər ikisinə də eyni cürmü yanaşır və bu yanaşma gələcəkdə də davam edəcəkmi? Ölkələrimiz arasında əsl müttəfiqliyin baş tutmasında bax bu yanaşmanın rolu az olmayacaq, çünki burada söhbət biri məhv edilmiş, digəri üçünsə Qobustandakı həbsxananın darıxdığı iki separatçıdan getmir, bizim torpaq bütünlüyümüzdə qonşu və dost Rusiyanın tutacağı qəti, eyni zamanda da ədalətli və prinsipial mövqedən gedir. Biz Moskvadan məhz belə bir mövqe gözləyirik, gerisi necə deyərlər, təfərrüatdır”.
Etikxeber.az