Deputatlar Parlamentlərarası İttifaqın sessiyasına qatılacaqlar

Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva, və Kamran Nəbizadə Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak etmək üçün oktyabrın 13-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfərə gedecəklər.

Etikxeber.az xəbər verir ki, toplantida “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi”, “Cenevrə Konvensiyaları – son 70 il ərzində baş vermiş silahli münaqişələr zamanı insanların təhlükəsizliyi və müdafiəsi” mövzularında müzakirələr aparılacaq.

Tədbir çərçivəsində qurumun Demokratiya və İnsan haqları, Dayanıqlı inkişaf, Maliyyə və Ticarət, Sülh və Beynəlxalq Təhlükəsizlik daimi komitələrinin iclasları, habelə Qadın Parlamentarların Forumu keçiriləcək.

Millət vəkilləri yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.

Səfər oktyabrın 18-də başa çatacaq.

Etikxeber.az

Read Previous

121 sosial şəbəkə istifadəçisi gözaltına – XOCALI SOYQIRIMI FOTOSUNUN KÜRDLƏRİN QƏTLİAMI KİMİ TƏQDİM EDİLMƏSİNİN QARŞISI ALINDI

Read Next

“Köçəryanın münaqişənin mahiyyətini təhrif etməsi ucuz erməni təbliğatından başqa bir şey deyil” – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir