Deputatlarımız Avstriyada milli azlıqlarla bağlı tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT PA-nın sədr müavini və Büro üzvü Azay Quliyevlə deputat Tahir Mirkişili milli azlıqlara dair tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın Fillax şəhərində səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ATƏT Parlament Assambleyası ilə Avstriya Parlamentinin birgə təşkil etdiyi tədbiri ATƏT PA-nın sədri xanım Kristine Muttonen açacaq.

Sessiyalarda “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı”, “Balkanlardakı barışın beynəlxalq perspektivləri” müzakirə olunacaq, Avstriyanın Karintiya vilayətinin timsalında “Bir birimizdən öyrənək” mövzusunda təcrübə mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirərkən Azərbaycanın təcrübəsinə diqqət yönəldəcək, ölkəmizdə milli azlıqlara yaradılan şəraitdən və xalqımızın tolerantlığından da bəhs edəcəklər.

Səfər mayın 31-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Zbiqnev Bzejinski 89 yaşında vəfat etdi

Read Next

DTX rəisi yenə “casus şəbəkəsi”ndən danışdı və dedi ki…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir