DİN-dən Saatlıdakı aksiyaya münasibət-AÇIQLANDI

Daxili İşlər Nazirliyi (DİN) Saatlıda bir qrup sakinin magistral yolu bağlamasına münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətindən mətbuata bildirilib ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolu bağlamağa cəhd edib.

Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.

Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. 

Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Hazırda araşdırmalar aparılır.

Etikxeber.az

Read Previous

“Bozqurd” ləqəbli Əfsanəvi Xüsusi Təyinatlı, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı- AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALMIŞ “QARABAĞ” ORDENLİ ŞƏHRİYAR NƏSİB OĞLU QULİYEV… – FOTOLAR

Read Next

Daha 4 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir