Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər layihəsi müzakirə edilib.
Etikxeber.az xəbər verir ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində Azərbaycanda islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparıldığı halda 2000 manatdan 5000 manatadək cərimə yaxud bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması təklif edilib.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların də digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsinə, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinə görə vətəndaşların 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslərin 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək cərimə olunmaları öz əksini tapıb.
Eyni zamanda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin 2000 manatdan 2500 manatadək cərimə olunmaqla inzibati qaydada Azərbaycan hüdudlarından kənara çıxarılmaları təklif olunub.
Hər iki layihə parlamentin plenar iclasına tövsiyə edilib.
Etikxeber.az