“Dost və qardaş Azərbaycan xalqına sülh arzulayıram” – ƏRDOĞAN

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Etikxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə müşahidə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və dəyərli ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və gözəl günlər arzulayıram”.

Etikxeber.az

Read Previous

Həmkarları Şahverdiyevi “topa tudular”… “Bu, yaramazlıqdır”

Read Next

Taleh Bağırova ömürlük, Fuad Qəhrəmanlıya 11 illik həbs cəzası istənildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir