“IV İslam Həmrəyliyi Oyunlarında hər hansı bir təxribata cəhd göstərilməyib”.
Etikxeber.az-ın xəbərinə bunu, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
M. Quliyev bildirib ki, bununla bağlı preventiv tədbirlər 1 il əvvəldən həyata keçirilib və digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib.
“Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verilirdi. Bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi”.
Bunu da M. Quliyev deyib.
DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: “Ancaq biz onları zərərsizləşdiririk”.
Etikxeber.az