Dünya miqyasında baxanda Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır-KOMİTƏ SƏDRİ

Dünya miqyasında baxanda Azərbaycanda  zorakılıqla bağlı vəziyyət daha yaxşıdır. 

Etikxeber.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, komitəni ən çox narahat edən problemlərdən biri də zorakılıqla bağlıdır: “Azərbaycanda  zorakılıqla bağlı vəziyyətin daha yaxşı bizə heç də  imkan vermir ki, özümüzü rahat hiss edək.   Azərbaycanda problemin həlli ilə bağlı çox böyük işlər görülsə də, bu işlər davamlı olmalıdır.  Kim desə ki zorakılıq problemi tam həll olunacaq, əlbəttə ki buna heç kim inanmaz.  Çünki, zorakılıq problemi bütün dünyada mövcud olan bir problemdir. Ən yüksək səviyyəli yaşayan cəmiyyətlərdə, eləcə də ən geridə qalan cəmiyyətlərdə də bu problem var.Heç bir ailə deyə bilməz ki bu mənim  problem deyil. Bu məsələ hər birimizə təsir edən problemdir. Cəmiyyətdə belə hallar olduqda ilk  öncə cəmiyyətin və dövlətin özünüə təsir göstərir”.

H.Hüseynova deyib ki, zorakılıqla bağlı daha çox maariflənmə və profilaktik işlər görülməlidir.

Onun sözlərinə görə, müstəqilliyimiz bərpa  edildikdən sonra ölkəmiz bu iş başlayıb: “Azərbaycanda  bu məsələ ilə bağlı çox vacib qanular qəbul edilib. 2010-cu  ildə ölkəmizdə  qəbul edilən “Məişət zorakılığı haqqında” qanun böyük problemlər yaratrmışdı. Bir çox insanlar bu qanun lazım olmadığını belə bildirirdilər. Lakin əhali bununla bağlı öz sözünü dedi.  Lakin burada əsas qanunun qəbul edilməsi deyil, onun işlənməsidir.  Bununla bağlı çox böyük iş aparıldı”. 

H.Hüseynova bildirib ki, “Gələcəyə  Baxış: 2020” Konsespsiyasına əsasən,  “Ailə strategiyası”, “Qadınların milli  fəaliyyət  planı”, “Uşaq starategiyası” hazırlanacaq, ailə psixoloqu institututu formalaşacaq: “Komitədə bununla bağlı  sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra onlar ayrı arı qurumlara göndəriləcək”.

Etikxeber.az

Read Previous

Mehdiyevin deputat kürəkəni: “Mərkəzi Bank məsuliyyət daşıyır”

Read Next

“Seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır”-BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir